Azərbaycana avtomobil təkərində siqaret keçirmək istəyənlər yaxalandı (FOTO)
Tarix: 22-02-2016 | Saat: 11:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Tovuz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Qazax rayon sakini Şirinov Mahmud Sayad oğlunun idarə etdiyi 10 BJ 636 dövlət nömrə nişanlı "VAZ 21099” markalı minik avtomobilin ehtiyat təkərinin içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində aksiz markası olmayan 3200 ədəd siqaret aşkar edilib.
Azərbaycan Respublikası vətəndaşı, 37 yaşlı İsgəndərov Rəfail Həsən oğlunun idarə etdiyi "Mersedes” markalı 90 EM 488 dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat təkərinin içərisində eyni üsulla düzəldilən saxlanc yerindən isə üzərində aksiz markası olmayan 3800 ədəd siqaret aşkar olunub.
Gəncə şəhər sakini Məmmədov Etibar Xeyrəddin oğlu isə üzərində aksiz markası olmayan siqareti gömrük sərhədindən idarə etdiyi avtomobilin mühərrik yerində keçirmək istəyib. Gömrükçülər onun idarə etdiyi 20 CS 332 dövlət nömrə nişanlı "Daymler Chrysler” markalı avtomobilə skaner vasitəsilə baxış keçirən zaman 16 000 ədəd siqaret aşkar edib.
Hər üç faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

14-07-2015, 13:06
Əli Həsənov səlahiyyət müddəti başa çatan səfirlə görüşdü
5-03-2016, 13:06
8 yaşlı qızı zorlamaq istəyəni bu günə qoydular - VİDEO - FOTO
11-04-2016, 22:53
Azərbaycanda iki dövlət komissiyası ləğv edildi - FƏRMAN
23-05-2016, 11:12
İntihar üçün şirin qəfəsinə girdi və... - Video
16-04-2015, 15:56
Xoşqədəmin verilişi ilə bağlı rəsmi qərar: Yalnız ATV-də yayımlana bilər
18-11-2019, 23:51
Sarkisyan aprel döyüşlərinə görə sorğu-sual ediləcək
1-11-2016, 17:07
Mərkəzi Bankdan bu səlahiyyət alındı
30-01-2021, 15:02
Bu şəxslər 3 il müddətinə vergidən azad edildi
4-12-2022, 11:41
Günəşli faciəsindən 7 il ötdü