Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Tarix: 21-02-2016 | Saat: 22:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Namus məsələsi və ya borc pul söhbəti.

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb.

"Xəbəraz.az " xəbər verir ki, onun idmançı dostu Musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məöşğul imiş:
“Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”.

Anar Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş.

Elmir Cəlilov ailəlidir. İki övladı - qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir.

Gəncədəki mənbələr nəşrə qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıb. Hazırda qətllə bağlı iki versiya dolaşır - namus məsələsi və ya borc pul söhbəti.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Qətli törədən saxlanılsa da, hələlik adı açıqlanmayıb.

Xatırladaq ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov ötən gecə qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO
Güllələnən idmançı ilə bağlı yeni məlumatlar - FOTO


Xəbəri paylaş

7828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___