Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır
Tarix: 21-02-2016 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir”.
Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Məlumat Bankının bu ilin aprel-may aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, hazırda bankın yaradılması üçün işlər aparılır:
“Banka ilkin olaraq, 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur.
Uşaq məlumat bankına uşaqlarla bağlı bütün məlumatlar - onların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmaması, uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, uşağın zorakılığa məruz qalıb-qalıb qalmaması, yaxud onun özü tərəfindən zorakılığın törədilib-törədilməməsi, bir sözlə uşaq haqqında bütün məlumatlar daxil edilir.
Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir. Çünki gələcəkdə həmin sistem əsasında uşaqlara qarşı bütün zorakılıq faktları - məişət zorakılığı, insan alveri, o cümlədən, onların nailiyyətləri barədə bütün məlumatları ümumiləşdirərək təqdim edə biləcəyik. Bu da bizə uşaq siyasətinin formalaşdırılmasında böyük dəstək olacaq”.
E.Səfərov qeyd edib ki, Uşaq Məlumat Bankı yaradıldıqdan sonra məişət zorakılığı qurbanları ilə bağlı məlumat bankının yaradılması üçün texniki hazırlıq işlərinə başlanılacaq.
Xəbəri paylaş
5978 dəfə oxunub.
Digər xəbərlər

31-10-2018, 14:21
Hava ilə bağlı - Xəbərdarlıq
30-04-2016, 13:43
Obamadan Pasxa təbriki: “Bütün dinlərin insanlarıyla həmrəyik”
10-05-2018, 19:50
"Deyirlər, kefdədir, uşağından xəbəri yoxdur..."
12-05-2016, 20:12
Allahşükür Paşazadə Abdulatipovla görüşdü - Foto
11-10-2022, 12:41
Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...
14-05-2021, 03:47
Fələstində ölənlərin sayı 100-ə çatdı
5-05-2016, 10:34
Gəncədə bomba partladı - iki ölü
9-12-2020, 14:45
Paşinyanın istefasını istəyən etirazçılar dövlətlərarası magistralı qapatdılar - VİDEO
13-09-2020, 05:03
Ermənistan hərbi hücuma ciddi hazırlaşır - Video
24-06-2015, 13:20
Bakıdan Türkiyəyə qatarla getmək olacaq (VİDEO)