Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Quliyev və Təhminə Aslanovanın uğuru - Foto
Tarix: 20-02-2016 | Saat: 23:05
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

Elmar Quliyev və Təhminə Aslanovanın uğuru -  Foto
10-16 fevral tarixlərində Finlandiyanın Jyvaskyla şəhərində Erasmus Tələbə Şəbəkəsinin (Erasmus Student Network) Milli Nümayəndələr Şurasının (Council of National Representatives) görüşü keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, görüşdə 38 ölkədən 70-ə yaxın gənc iştirak edib.

Görüşdə Azərbaycanı Elmar Quliyev və Təhminə Aslanova təmsil edib.

Milli Nümayəndələr Şurası görüşü Erasmus Tələbə Şəbəkəsinin idarə heyəti və şəbəkəyə üzv olan ölkə nümayəndələri ilə birgə keçirilən iclasıdır. Görüşdə Erasmus Tələbə Şəbəkəsinin işi əhatəli şəkildə gözdən keçirilir, şəbəkənin büdcə, strateji və siyası məsələləri müzakirə olunur.

Görüşün ikinci günündə namizəd ölkə olan Azərbaycanın şəbəkəyə üzv olması üçün geniş təqdimat keçirilib. Daha sonra isə səsvermə keçirilib və Azərbaycan Erasmus Tələbə Şəbəkəsinə 38-ci tamhüquqlu üzv seçilib.

Qeyd edək ki, Erasmus Tələbə Şəbəkəsi (Erasmus Student Network / ESN) Avropanın ən böyük tələbə assosiasiyasıdır. Təşkilat 1989-cü il 16 oktyabr tarixində təsis olunub və 1990- cı ildə rəsmi qeydiyyatdan keçib.

Erasmus Tələbə Şəbəkəsinin əsas məqsədi beynəlxalq tələbələrin ehtiyaclarını, hüquqlarını yerli, milli və beynəlxalq səviyyədə təmsil etmək, əsas vəzifələri isə gənclərə mobillik proqramları haqqında müvafiq məlumat vermək və tələbələri xaricdə təhsil almaları üçün motivasiya etməkdir. Hal-hazırda Erasmus Tələbə Şəbəkəsi 38 ölkənin 500-ə yaxın ali təhsil müəssisəsində təmsil olunur. Şəbəkə daima inkişaf edir və genişlənir. Şəbəkənin 13 500-ə yaxın fəal üzvü var. Belə ki, Erasmus Tələbə Şəbəkəsi hər il Erasmus və digər mübadilə proqramları ilə təhsil alan 180 000-dən çox gənci öz xidmətləri ilə əhatə edir. Təşkilatın baş ofisi Belçikanın Brüssel şəhərində yerləşir
Elmar Quliyev və Təhminə Aslanovanın uğuru -  Foto
Elmar Quliyev və Təhminə Aslanovanın uğuru -  Foto


Xəbəri paylaş

8678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___