Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BƏRDƏ-“21 fevral -Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “Dilimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilmişdir
Tarix: 19-02-2016 | Saat: 17:55
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər

BƏRDƏ-“21 fevral -Beynəlxalq Ana Dili Günü” nə  həsr olunmuş  “Dilimizi qoruyaq” mövzusunda dəyirmi  masa    keçirilmişdir

19 fevral 2016-cı il tarixdə Bərdə rayon Təhsil şöbəsində Gənclər və İdman idarəsinin,Təhsil şöbəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənc dil-ədəbiyyat müəllimlərinin və fəal gənclərin iştirakı ilə “21 fevral -Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “Dilimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilmişdir.
"Xəbəraz.az "xəbər verir ki, Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov açaraq gündəlik mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, 21 fevral tarixinin “Beynəlxalq Ana dili günü” kimi qeyd olunması 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT tərəfindən qəbul olunaraq təsdiqlənmişdir.Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.Azərbaycan dili isə dünya dilləri arasında özünəməxsusluğu ilə xüsusilə seçilir.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi,beynəlxalq münasibətlər sisteminə yol tapması ümummilli liderimiz Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Hazırda bu ənənələri dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirməkdədir.Ulu öndər ana dilimiz haqqında belə söyləmişdir:”Dilimiz çox zəngin və ahəngdar dildir,dərin tarixi köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Rayon Təhsil şöbəsinin dil-ədəbiyyat fənni üzrə metodisti Sədiqə Vəliyeva çıxış edərək Beynəlxalq Ana dili gününün artıq 17 ildir ki,dünya ölkələri tərəfindən böyük təntənə ilə qeyd olunmasından,dilin ünsiyyyət vasitəsi,millətin simasini səciyyələndirən əsas amillərdən,hər hansı bir xalqın varlığının təzahürü,onun milli sərvəti və qan yaddaşı olmasından danışdı.Nəzərə alsaq ki,bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 200 yaxın dövlətlərin bayrağı altında cəmləşib vəonların dövlət dillərinin sayı 70-i keçmir,onda hər hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək olar.
Təhsil şöbəsinin metodkabinetinin müdiri Xuraman Qurbanova, məktəblərin dil-ədəbiyyat müəllimləri Səfurə Hümbətova, Vəsilə Hüseynova, Elmira Səfərova, Xalidə Məmmədova, Mehriban Baxşalıyeva, İradə Əsədli Azərbaycan dilinin hələ Ş.İ.Xətai tərəfindən dövlət dili statusuna qaldırılmasından, onun tarixindən əsl poeziya dili olmasından,zənginliyindən, səlistliyindən, bütün dünya xalqları tərəfindən sevildiyini qeyd edərək,hətta dahi Lermontovun azərbaycan dilini “Şərqin fransız dili”adlandırmasından, ana dilinin hər bir xalqın, millətin mənəvi sərvəti-xəzinəsi olmasından danışdılar. Dahi şairlərimizin yaradıcılığından nümunələr səsləndi.
Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi A. Qasımov ulu öndərin sözləri ilə “ Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” yekun vuraraq, öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd etdi.
BƏRDƏ-“21 fevral -Beynəlxalq Ana Dili Günü” nə  həsr olunmuş  “Dilimizi qoruyaq” mövzusunda dəyirmi  masa    keçirilmişdir
BƏRDƏ-“21 fevral -Beynəlxalq Ana Dili Günü” nə  həsr olunmuş  “Dilimizi qoruyaq” mövzusunda dəyirmi  masa    keçirilmişdir
BƏRDƏ-“21 fevral -Beynəlxalq Ana Dili Günü” nə  həsr olunmuş  “Dilimizi qoruyaq” mövzusunda dəyirmi  masa    keçirilmişdir


Xəbəri paylaş

1 6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___