Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Allahın əli hardadır?
Tarix: 19-02-2016 | Saat: 13:45
Bölmə:Karusel / Maraqlı / M2 / İbadət | çapa göndər

“Allahın əli hardadır?
Jalə Mütəllimova

Deyəcəksiniz ki, müqəddəs aylardan heç biri deyil. Gündəmdə alayı məsələlər durur. Allahın, dinin də bu məsələlərə ümumiyyətlə dəxli yoxdur. Səbirli olun, dinləyin, çünki məncə var. Bu məsələnin gündəmə hər gün dəxli var. Bu mövzu ilin on iki ayının on ikisində də Azərbaycan üçün aktualdır...

***

Ramazan ayı, Qurban bayramı, Həcc ziyarəti. İnanclı adamların sevdiyi ayinlər, ziyarətlərdir bunlar. İnsanların Allahmı, Tanrımı, Yaradanmı deyim, hər nədirsə ona olan ilahi sevgisindən qaynaqlanır. Sizin və mənim, yəni bizim nə düşündüyümüz əsas deyil. Müqəddəs sayılan torpaqlara, oradakı məzarlara milyonların inancı, həsrəti, sevgisi var. Lap orda ölsələr də, meyitlərini maşına buldozerlə yükləsələr də bu inam, sevgi, həsrət bitmir! Var!

Özü də təkcə hansısa ərəbin, şeyxin biznesi deyil bu. Həm də, hansısa şeyxin, ərəbin biznesidir. Və o biznes ancaq həmin inanc, sevgi, həsrət insanın içində bitəndə iflasa edəcək. Amma hələ ki, var. Oralara gedən alverçilərin yolu kəsilməsə də, adamları aparan avtobusların altına alver məqsədi ilə əlavə benzin kanistrləri yerləşdirilsə də, qızıl, xalça alveri edən “zəvvarlar”, sevgilisini göndərən kişilər, qadınlar, rekord həddə “ziyarətə”edən “dindarlar” olsa da var...

Bir də biz nə düşünürüksə düşünək, min dəfə, min yolla ələ salınan Məhəmməd peyğəmbər ki, var, bax o, ən azından tarixi şəxsiyyətdir. Və biz inancları və şəxsiyyətləri sevməyə, bəyənməyə, qəbul etməyə borclu olmasaq da, hörmət etməyə birmənalı borcluyuq.

***
Yadıma bir epizod düşdü uşaqlıq illərindən. Qoca babam vardı. Qəribə Allah sevgisi, inamı, inancı, anlayışı vardı onun. Həyəti düz ölənə qədər yetim-yesirlə, kasıb-kusubla dolu olardı. Onlara qulluq eləməkdən yorulardıq bəzən. Yavaşcadan bizə deyərdi ki, “elə eləməyin. Onlar mənə Məkkə, Mədinə, Məşəd, Kərbəladır!” Babam öləndə qulluğunda durduğu yetimlər bizdən çox ağladı. Və daha həyətimizə gəlmədilər.

Dediyim odur ki, mənim babam inanclı idi, fanat deyildi, namaz qılıb, oruc tutub aşağı oturmurdu. “Allahdan buyruq, ağzıma quyruq” da demirdi. Bircə deyirdi ki, bütün ziyarətlərə gedin, gəzin, görün, amma unutmayın. Allah bir az da insanın özüdür! Allah dediyimiz insanın içindədir! Özünüzü fanatizmdən qorunmaq lazımdır söyləyirdi...

***

Bilirəm yenə deyəcəksiniz ki, devalivasiya bir yanda, ehtiyac, problemlər o biri tərəfdə. Bir sözlə keçi can hayında sən qəssabın yerində durub piy axtarırsan?!.. Və bir də onu söyləyəcəksiniz ki, adamların çoxu bu yola elə maddi ehtiyacdan düşür axı. Doğru! Amma bir də bunu unutmaq olmaz ki, ehtiyac və problemin cütləşməsindən doğulan “uşaq” da var. Adı cahillikdir. Yəni bu təkcə kasıblığın yox həm də cahilliyin törətdiyi problemdir yəni. Məsələn vəhabilərin qardaşlığına, İŞID-ın canıyananlığına sadəlöhvcəsinə inanırlar o cahillər. Bir də o cahillər ki var, onlar faciələr törətməyə hazır adamdırlar. Heç onların üzərində xüsusi işləmək də lazım deyil. Bu isə təkcə bizim ölkədə rast gəlinən hal deyil.

***

Məsələn bu günlərdə bizim xəbər saytlarından biri xarici ölkələrdən birində dini təriqət üzvlərinin keçirdiyi ibadət mərasimindən şəkillər təqdim etmişdi. Nə olsun ki, avropalıdırlar, cahilin milləti olmaz... Deməli o mərasimdən çəkilən fotolar sosial şəbəkələrdə yayıldı və müzakirə olundu uzun-uzadı.

Mənzərə bu idi:

Orta yaşlı bir kişi inanclara görə bəzədilmiş otaqda lüt dayanıb. Xəbərdə bildirilir ki, o kişi sözügedən təriqətin başçısıdır. Və qadınlı-kişili, uşaqlı-böyüklü otağa girən hər kəs onun cinsiyyət orqanından öpür. Mərasimin adını oxuyanda isə adam nə deyəcəyini bilmir. İnanmasanız da deyim, guya ki, “Allahın əlini öpmə mərasimi” icra olunurdu görüntülərdə.

Sizi bilmirəm amma mənim yadıma İldırımzadə düşdü... O İldırımzadə ki, bu şəkilə neynəyərdi, onu yaşıdım olan həmkarlar, o zamankı qəzet rəhbərləri yaxşı bilir. Yox o yüz faiz ədalətli adam deyildi. Əksinə hər söz, hərf üstündə nəfəsimizi yeri gəldi gəlmədi kəsən nəşriyyatdakı senzorumuz idi İldırımzadə...

Bilmirəm bədbəxtlikdir, ya xoşbəxtlik. İndi o ildırımzadələr yoxdur. Ötənlərdə ondan nə qədər acığım gəldiyini burda ifadə eləmək də çətindir. Amma açığı indi olmamasına təəssüfləndim. Ona görə ki, dünyada belə ibadətlə savab qazandırdığını və qazandığını düşünən adamlar var onun əvəzinə. Bir də qorxulu olanı budur ki, dünyanın harasında olur olsun Allahın əlinin bir insanın qurşağından aşağıda olmasına inanan insanlar da var. Biz onlarla eyni planeti bölüşməyə məcburuq həm də.

Bu durumda gərək biz vəhabi “qardaşların” təriqətə qoşulana qədər göstərdiyi “qardaşlıq” sevgisinə, İŞID-çı “dostların” “canıyanmışlığına” inanmayanlardan olaq. Onlar Allah, din adından şorlatanlıq edənlərdən başqa bir şey deyillər çünki...

....Bir də ağlım hələ o şəkillərdədir. Düşünmək belə çətindir ki, Allahın əlinin bir insanın qurşağından aşağıda olmasına inanan adamlar var. Axı nə də olsa müsəlmanlı xristianlı hələ çox adam yorulanda, bezəndə, üzüləndə, küsəndə, kövrələndə lap elə bir udum hava üçün də üzü göylərə durur...

Doğurdan, görəsən Allah göydədirmi?!


Xəbəri paylaş

8348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___