Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 2842 hemodializ xəstəsi var
Tarix: 19-02-2016 | Saat: 13:40
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Azərbaycanda 2842 hemodializ xəstəsi var

Ötən il ölkədə 130 nəfərə böyrək köçürülüb

Bu günlərdə Nazirlər Kabineti “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nı təsdiqləyib.

Proqramda xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkarlanması, onların tibbi yardımla, o cümlədən hemodializllə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyənləşdirilməsi planlaşdırılıb.

M.Cavadzadə adına Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri, Hemodializ Komissiyasının üzvü Fariz Babayev “Turan İA”a bildirib ki, 2016-cı il yanvarın 1-dək ölkədə 2842 xəstə qeydə alınıb. Onlardan 1138 nəfəri Bakıda, 1704 nəfəri isə regionlarda hemodializ xidməti ilə təmin olunub. Azərbaycan üzrə 34 dializ mərkəzində 534 aparat fəaliyyət göstərir. Bu dializ mərkəzlərinin 8-i Bakı şəhərində, 26-sı regionlardadır. Bu gün Azərbaycanda dializli xəstələr növbə gözləmir

Böyrək xəstələrinin də sayı artır

Son 10 ilin araşdırmalarına görə, Azərbaycanda xəstələrin sayı hər il 14-20 faiz artır. Mütəxəssis deyib ki, “bu artım dünyada böyrək çatışmazlığına tutulan xəstələrin statistikasına uyğundur. Yaponiya və Almaniyada böyrək şatışmazlığından müalicə alan xəstələrin sayı hər milyona nəfərə görə - 1800-2000 xəstə, Azərbaycanda isə 350-400 nəfərdir. Bu, həmin ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətinin daha yaxşı olması mənasına gəlmir. Sadəcə, inkişaf etmiş ölkələrdə xəstəliyin erkən aşkarlanma göstəricisi yüksəkdir. Xəstələr arasında ölüm halları 10-16 faizdir”.

F.Babayevin sözlərinə görə, bəzi regionlarda xəstələrin yaşadığı əraziyə yaxın yerlərdə dializ alması ilə bağlı problemlər var. Bu, həmin mərkəzlərdə uçotda duran xəstələrin say çoxluğu ilə bağlıdır. Ölkənin ən kiçik dializli xəstəsinin 6 , ən yaşlısının isə 82 yaşı var. Böyrək çatışmazlığından əziyyət çəkənlərinn 68 faizi kişilər, 32 faizi isə qadınlardır.

Həftədə 3 dəfə olmaqla 4 saatlıq seans alan bir xəstənini illik müalicəsinə dövlət 13-15 min manat pul xərcləyir. Bura yeni mərkəzlərin açılması, aparatların alınması da daxildir. Ötən il bu sahəyə 40 milyon manatdan artıq vəsait ayrılıbmış.

Böyrək çatışmazlığını yaradan əsas səbəblərdən biri - şəkərli diabetdir

Ölkədə 240 min nəfərdən çox şəkərli diabet xəstəsi var. Mütəxəssisin dediyinə görə, 5 ildən çox davam edən diabet böyrək çatışmazlığına səbəb olan faktorlardan birinə çevrilir.

F.Babayev deyir ki, “homodialiiz əslində müalicədən çox həyat tərzidir. İnsanın ömrünü uzatmağa yönəlmiş həyat tərzi. Burda xəstənin yaşı, xəstəliyinin vəziyyəti, başqa orqanlara təsiri həlledicidr. Hemodializ alan xəstələrin 5 ildən çox yaşama göstəricisi 60 faizdən çoxdur. Azərbaycanda 26 il dializlə yaşayan xəstə olub”.

Hazırda M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Neftçilər Xəsətaxanası, Tibb Universiteteinin Cərrahiyyə bölümündə böyrək köçürmələri həyata keçirilir. Ötən il ölkədə 130 nəfərə böyrək köçürülüb. Bugünədək 610 xəstə qeydiyyatdadır, onların 400-dən artığına ölkədən kənarda böyrək transplantasiya olunub.

Proqrama əsasən, 2016-də ildə Ağsu və Şəmkirdə yeni Hemodializ Mərkəzinin açılacağı, Şirvandakı mərkəzin isə genişləndiriləcəyi planlaşdırılıb.


Xəbəri paylaş

7838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___