Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röya keçmiş əri ilə münasibətindən danışdı: "Bu nağıl bitməyib"
Tarix: 19-02-2016 | Saat: 12:49
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Röya keçmiş əri ilə münasibətindən danışdı: "Bu nağıl bitməyib"
Əməkdar artist Röya Ayxan şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “V element” verilişinə qonaq olan ifaçı keçmiş həyat yoldaşı Anar Cəlilovla olan münasibətlərinə toxunub: “Bu, yazıdır, həyatdır. Qətiyyən bunu işimlə bağlamaq olmaz. Düşünürəm ki, həyatımdakı ən gözəl addımdır. Bu nağıl mənim üçün bitməyib. Onun baş qəhrəmanı oğlumdur. Buna görə də bu nağıl heç zaman bitə bilməz. Hüseyn çox ağıllıdır. Çox yaxşı ki, onu elə bir insandan dünyaya gətirmişəm. Hazırda keçmiş həyat yoldaşımla danışmırıq. Amma oğlum hələ bu günə qədər bizim bir-birimizə qışqırmağımızı eşitməyib. Oğlum hələ bu günə qədər elə bilir ki, biz küsmüşük, barışacağıq. Bir-birimizə olan hörmət qalıb və düşünürəm ki, hər zaman da qalacaq. Çünki o, çox gözəl insan idi. Mən oğlumu gözəl bir ailədən dünyaya gətirmişəm. Buna görə də çox xoşbəxtəm”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___