Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur aktrisa: "Əliyev mənə çay bağışladı"
Tarix: 19-02-2016 | Saat: 00:09
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Məşhur aktrisa: "Əliyev mənə çay bağışladı"
Rusiyanın əməkdar artisti Natalya Kraçkovskaya Bakı, bakılılar və Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Publika.az xəbər verir ki, aktrisa bu haqda “Moskva-Baku” xəbər portalına geniş açıqlama verib:

“Mən uzun illər Gürcüstanda yaşamışam. Uşaqlıq və gənclik illərim Tiflis şəhərində keçib. Tez-tez Bakıya yollanırdım. Şəhərlərimiz yaxın idi. Bakıda daha çox dənizə gedirdim. O şəhərin havası qeyri-adidir – o özündə dəniz sahilinin, duz və balıq qulaqlarının ətrini əks etdirir. Dəniz sahilində olan qəhvəxanalar isə havanı tamam fərqli edirdi. Orada gəzişən sevgililər bundan zövq alırdı. Uzun dənizsahili bulvar isə görüş üçün romantik məkandır. Mənim gəncliyimdə belə idi. Məncə, o vaxtdan bəri heç nə dəyişməyib. İndi də Bakıda bulvara çıxarkən şən gəncləri, onların qızlarla əylənməyini və qızlarla tanış olmaq istəklərini görürəm. Qızlar isə özünü elə aparır ki, guya bu onların xoşuna gəlmir. Ancaq əminəm ki, bu onların ürəyincədir. Belə hal mənim də başıma gəlib, lakin heç vaxt bu diqqəti ciddiyə almamışam. Onu da əlavə edim ki, ən yaxın rəfiqələrimdən biri Bakıda yaşayırdı.

Sonradan filmlərdə çəkilməyə başladım. “Mosfilm”in tərkibində Azərbaycanda keçirilən festivallara səfər edirdik. Moskvadan gələn aktyorlara görə yolları bağlayırdılar ki, onlar rahat şəkildə hərəkət edə bilsinlər. Bizi görmək üçün küçələrə saysız insan axını olurdu. Hər kəs bizi evinə dəvət edib, qonaqlıq vermək istəyirdi.

Bir dəfə Heydər Əliyev bizim aktyor heyətini qonaq dəvət etdi. Onun incəsənət aşiqi olduğunu və aktyorlarla söhbət etməkdən xoşunun gəldiyini bilirdik. Cənab Əliyev kino və teatr sahəsini gözəl bilirdi.

Biz böyük masa arxasında çay süfrəsinə keçdik. Azərbaycanda çayı çini stəkanlardan içmirlər. Armud formasında olan xüsusi stəkan var. Onlar kiçikölçülü vazanı xatırladır. Adı da “armudu”dur.

Bizə original stəkanaltı olan armudu stəkanda tünd çay süzdülər. Yanında da müxtəlif şürniyyatlara qonaq etdilər. Bundan sonra “Belə çayı ancaq bizdə içə bilərsiniz” - dedilər. Mən isə anidən “Təkcə sizdə?” - soruşdum. Sualıma cavab almasam da, Heydər Əliyev gülümsədi. Nəsə yaxşı şey söyləmədiyimi dərhal anladım. Mənə elə gəldi ki, dediyim söz heç bizim rəhbərliyin də ürəyincə olmadı. Bütün gecəni narahat oldum.

Qaldığımız otelə qayıtdıqda mehmanxananın xidmətçisi mənə bir bağlama verdi. Otaqda bağlamanı açdıqda, gördüm ki, içində çay var. Sonradan mənə dedilər ki, bunu Heydər Əliyev hədiyyə edib. Bunu eşitməmişdən qabaq da, hədiyyənin kim tərəfindən göndərildiyini başa düşdüm”.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___