Lənkəranda fırıldaqçı sığortaçılar peyda olub-FOTOLAR
Tarix: 18-02-2016 | Saat: 23:15
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Onlar Narbağı kəndinin sakini Cahangir Ramazanovdan pul alıb, müqavilə bağlasalar da sonradan öhdəlikləri yerinə yetirməkdən imtina ediblər
Lənkəranda fırıldaqçılıqla məşğul olan sığorta şirkəti peyda olub. Bu barədə JAM.AZ-a rayonun Narbağı kənd sakini Cahangir Ramazanov məlumat verib.
O bildirib ki, ötən il qapılarına gəlmiş sığortaçı onunla 15 min manatlıq sığorta müqaviləsi imzalayıb. Və izahat olaraq bildiriblər ki, bu bağlanılmış müqaviləyə əsasən onun evinə dəyəcək zərər qarşılanacaq. Bundan həvəslənən Ramazanov da onlarla anlaşıb.
Kənd sakini qeyd edir ki, bir müddətdən sonra onun evində çatlar əmələ gəlməyə başlayıb. Bir qədər də keçdikdə isə məlum olub ki, artıq ev yaşamaq üçün təhlükəlidir. Pul ödədiyi və güvəndiyi sığorta şirkətini axtarıb tapıb. Lakin ona bildiriblər ki, evinin təmirinə hər hansı bir yardım edə bilməyəcəklər. Fikirlərini isə belə əsaslandırıblar ki, guya, Cahangir Ramazanovun evinin divarlarındakı çatlar sığorta müqaviləsi bağlanılmamışdan əvvəl mövcud olub.
JAM.AZ-a məlumat verən Narbağı kəndinin sakini qeyd edib ki, sığortaçıların gətirdikləri arqument əsassızdır və yalandan ibarətdir. Onun sözlərinə görə, sığortaçıların belə bir iddianı ortaya atmaqda məqsədləri isə pul ödəməkdən boyun qaçırmaqdır.
Cahangir Ramazanov vurğulayır ki, başına gələnlərlə bağlı bütün rəsmi qurumlara müraciət ünvanlayıb. Lakin heç bir müraciətinə müsbət cavab ala bilməyib. O məcburiyyət qarşısında qalaraq, dövlət başçısından yardım istəyib və bildirib ki, artıq evi yararsız hala düşüb. Sığortaçılar da onun pulunu vermədiklərindən evini təmir etdirə bilmir.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

18-10-2019, 13:15
Küçəyə atılan körpənin vəziyyəti ağırdır! - RƏSMİ
4-04-2019, 12:29
Qadını öldürüb qaçan “Kamaz” sürücüsü həbs olundu
28-06-2015, 19:10
Almaniyada miqrantları Hitlerlə hədələdilər: “Sieg Heil” - FOTO
6-02-2018, 18:40
Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb
13-06-2019, 14:56
Narazılığa səbəb olan rüsumlar azaldıldı – DƏYİŞİKLİK
27-04-2016, 12:18
Ermənistan qadağan olunmuş sursatlardan istifadə edir
16-11-2015, 15:35
Dünyasını dəyişsə də, "Forsaj-8"də olacaq
18-02-2016, 12:38
“170 min dollarlıq qəbzdə Hicran Hüseynovanın adı var”
11-07-2016, 15:29
Atası qızını zorladı, qızı da kamera quraşdırıb... -Hövsanda RƏZALƏT