Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Eurovision“da qaydalar dəyişildi
Tarix: 18-02-2016 | Saat: 16:51
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Eurovision“da qaydalar dəyişildi
"Eurovision" mahnı müsabiqəsində səsvermənin qaydalarında dəyişiklik edilib
"Xəbəraz.az " xəbər verir ki, bu ildən etibarən peşəkar jüri və televiziya tamaşaçıları ayrı-ayrılıqda xal verəcək.

Belə ki, indi müsabiqə iştirakçıları çıxışlarını başa vurandan sonra bütün ölkələr peşəkar münsiflər heyətinin xallarını elan edəcək. Bundan sonra xallar televiziya tamaşaçılarının səsləriylə toplanacaq.

Bu qiymətləndirmə sistemi böyük finalda olduğu kimi, yarımfinallarda da tətbiq ediləcək. Ənənəvi olaraq hər yarımfinaldan 10 ölkə böyük finala vəsiqə qazanacaq. Xatırladaq ki, əvvəllər münsiflər heyəti və tamaşaçıların fikirləri yekun cəmdə öz əksini tapırdı. Hər iki tərəfin 50%-lik payı var idi. Təşkilatçılar dəyişikliyin müsabiqəyə əlavə rəqabət qazandıracağını düşünür.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsi bu il 10-14 may aralığında İsveçin paytaxtı Stokholmda keçiriləcək.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___