Bakıda yoxa çıxan məktəblilərlə bağlı yeni faktlar
Tarix: 18-02-2016 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dünən Bakıda itkin düşən iki məktəblidən hələ də xəbər yoxdur.
Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib.
Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci polis bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
Polis görüntülərdən belə qənaətə gəlib ki, uşaqlar gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.
İsmayıl Şəfiyev dərsə getməzdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.
Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyatı idarələrə göndərilib.
Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

29-09-2021, 09:53
Alimlər: "500 ildən sonra Yer üzündə yaşamaq mümkün olmayacaq"
17-07-2020, 11:32
Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı - FOTOLAR
15-01-2023, 11:23
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Nazir müjdə verdi - VİDEO
17-04-2017, 01:29
Prodüsser Sayqanın ailesinde agir itki
13-04-2015, 16:02
Erməni kəşfiyyatçı məhkəmədə ifadə verdi - VİDEO
27-02-2016, 09:16
26 fevral 2016-ci il tarixdə rayonda Xocalı soyqırımının iyirmidördüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. BƏRDƏ (FOTO)
3-01-2018, 12:55
Alimlər kişilərə xəbərdarlıq edir - 35 yaşdan gec...
30-07-2015, 19:29
Bakıda qadını öldürərək qaçan şəxs ekstradisiya olundu