Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün qəzəlxan Əliağa Vahidin doğum günüdür
Tarix: 18-02-2016 | Saat: 14:56
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Bu gün qəzəlxan Əliağa Vahidin doğum günüdür
Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü-dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə
Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin iftadəsi bir mən deyiləm,
Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır çiyninə, gah boynuna, gah qamətinə,
Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutub,
Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir.

Bircə Şirin iə Fərhadə məzəmmət yoxdur,
Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.

Əl götürməz bu qara gözlülərin zülfündən,
Hər yetən zənn eləyər Vahidi guya dəlidir.


Xəbəri paylaş

9358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___