Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəmmalı qəzadan xəbər var: Müstəntiq səhvini qəbul etdi
Tarix: 17-02-2016 | Saat: 17:05
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Müəmmalı qəzadan xəbər var: Müstəntiq səhvini qəbul etdi

Abşeron rayon polis bölməsinin müstəntiqi mayor Ayaz Kazımov: “Sürətin təyin edilməsi mexanizmamız yoxdur”

Keçən ilin yayında Masazır duz gölü yaxınlığında baş vermiş ağır yol nəqliyyatı hadisəsi ilə bağlı Abşeron rayon məhkəməsində növbəti dinləmələr keçirilib. Bu dəfə iş üzrə dindirilən işi aparan Abşeron rayon polis idarəsinin müstəntiqi mayor Ayaz Kazımov oldu. Müstəntiqin verdiyi ifadələr böyük marağa səbəb olub.

Maraqlı məqam ondadır ki, qəzada əsas həlledici amil olan sürət, müstəntiqin sözünə görə zərərçəkmişlərin ifadəsi əsasında təyin edilib. Yəni kim öz sürətini nəcə deyibsə o cür də yazılıb. Qəzada təqsirləndirilən şəxs Əzizbala Məmmədovun vəkili İlqar Əliyev “video görüntü belə olduğu halda sizin sürəti müəyyən etmə imkanlarınız yoxdurmu?” sualına cavabında müstəntiq Ayaz Kazımov “belə bir araşdırma mexanizmamız yoxdur” deyib.

Müstəntiq Ayaz Kazımov: “Sürətin təyin edilməsində mexaniki səhvə yol vermişəm”

Həmçinin, İttiham aktı və sübutların qiymətləndirilməsi barədə qərarda sürətin 90km/s qeyd olunmasına baxmayaraq avtotexniki ekspertizaya müstəntiq tərəfindən göndərilən sənədlərdə KİA-nın sürəti 80km/saat qeyd olunub. Bununla da digər ötmə əməliyyatı həyata keçirən avtomobilin sürətinin qanuna uyğun olması qeyd edilir. Ayaz Kazımov bunun texniki səhv olduğunu bildirib.

Ayaz Kazımov: “Qan analizinin müxtəlif qablarda göstərilməsi də texniki səhvdir”

Müəmmalı qəzadan xəbər var: Müstəntiq səhvini qəbul etdi

Vəkil İlqar Əliyevin Nissan “Qashqai”-ın sürücüsü Səadət Hüseynovanın qan analizlərinin şüşə qabda götürüldüyü halda ekspertizaya “şprits”də verilməsi haqqında sualına da müstəntiq bunun sadəcə texniki səhv olaraq qeyd olunması ilə əlaqələndirdi.

Qeyd edək ki, iş sənədlərində qeyd olunduğu kimi, 90km/saat sürətlə hərəkət edən KİA “Sportage” markalı avtomobili ötməyə çalışan Nissan “Qashqai” markalı avtomobilin sürəti də 90km/saat qeyd olunub. Lakin ilk günnən müstəntiqə təqdim olunmuş video görüntüdə Nissan “Qashqai”ın KİA “Sportage”ı sürətlə ötməsi əks olunub.

Fevralın 12-i keçirilən məhkəmə prosesinin sonunda işin Məhkəmə Ekspertizası Mərkəzinə təkrar ekspertizaya göndərilməsi qərarı verilib. Qəza yenidən araşdırılacaq. Məhkəmə işi davam edir.

Xatırladaq ki, 9 iyul 2015-ci il tarixində Masazır duz gölü yaxınlığında Nissan “Qashqai” markalı avtomobillə yolun əks istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində keçinib, sərnişin isə ağır bədən xəsarətləri almışdı. Nissanın sürücüsü də yüngül xəsarətlərlə xəstəxanaya çatdırılmışdır. Hadisədə təqsirləndirilən Nissanın ötmək istədiyi maşının KİA “Sportage”-in sürücüsü Əzizbala Məmmədovdur. O hadisəni törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir. Təqsirləndirilən şəxs isə hadisənin şahidi olduğunu və qəza baş verdikdən sonra yaralılara yardım etdiyini bildirir.

Aşağıda Nissan “Qashqai” avtomobilinin arxa sol hissəsini qabaq sağ hissəsi ilə vuraraq qəzaya səbəb olmada təqsirli bilinən Əzizbala Məmmədovun KİA “Sportage” markalı maşınının şəkilləri əks olunub. (şəkillər qəzadan sonra çəkilib) Femida.az
Müəmmalı qəzadan xəbər var: Müstəntiq səhvini qəbul etdi



4368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___