Günəşdə geomaqnit qasırğası başlayıb
Tarix: 16-02-2016 | Saat: 23:02
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Meteohəssas insanların nəzərinə.
Günəşdə geomaqnit qasırğası başlayıb.
Xəbəraz.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur):
“Bu isə artıq G1 sinifli qasırğa deməkdir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir. Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir”.
E. Babayev deyib ki, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir.
“Tac dəlikləri”ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yer planetinə doğru yönəlir. Hazırda plazma küləyinin sürəti 575 km/saniyə-dir.
E. Babayev bildirib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır.
Onun sözlərinə görə, atmosfer təzyiqinin qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır:
“Cari qasırğa yuxarı en dairələrində daha effektivdir, artıq əsrarəngiz qütb parıltılarının (“avrora borealis”) şəkilləri mediada yayılıb. Bizim orta coğrafi en dairələri üçün təsir hələ ki, zəifdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

12-08-2016, 10:55
Ermənistan və İran arasında viza ləğv edildi
9-07-2017, 10:14
Cəbhədən SON XƏBƏR
19-04-2022, 11:47
Corabda yatmağın BİLMƏDİYİNİZ FAYDALARI
24-05-2018, 09:05
ASAN Xidmətin tabeliyindəki qurumların siyahısı dəyişdi - QƏRAR
12-01-2016, 17:24
İşgəncə ilə öldürülən şəxs - DSK sədrinin oğlu imiş
22-07-2019, 06:59
Qusarda süni göldə batan şəxsin meyiti çıxarıldı
6-02-2018, 11:42
Xaşxaş nə ilə faydalıdır?
9-08-2018, 11:59
Dondurma yemək üçün 5 səbəb