Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yasamalda iki bina təcili sökülür – FOTO
Tarix: 16-02-2016 | Saat: 19:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Yasamalda iki bina təcili sökülür – FOTO
Xəbərdarlıq edilib.

Bu gün Yasamal rayon, M.A.Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon İcra Hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib.

Xəbəraz.az Femida.az-a istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb.

Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyə olunub.

Sakinlərin verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın necə ödənilməsi ilə bağlı heç bir bilgi verilməyib.

Məlumatda o da qeyd olunub ki, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti “Kristal” MMC-dir.

Bina sakinlərinin verdiyi məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca çətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri-müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyillər.

Amma bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xətləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb.
Yasamalda iki bina təcili sökülür – FOTO


Xəbəri paylaş

9318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___