Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya gözləyir: - Vanqanın balaca varisi TƏHLÜKƏ siqnalı verdi
Tarix: 16-02-2016 | Saat: 15:40
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Dünya gözləyir: - Vanqanın balaca varisi TƏHLÜKƏ siqnalı verdi


Dünyanın ən məşhur öncəgörənlərindən olan Vanqanın proqnozları özünü doğrultduğundan dünyanı həm də onun varisinin kim olacağı maraqlandırırdı. Ancaq zaman keçir, Vanqa isə varisinin adını açıqlamağa tələsmirdi. Bir çoxları narahat idi: Vanqa öləcək və öz qüdrətini də özü ilə bərabər məzara aparacaq. Varisinin kim olacağını isə dünya heş bir zaman bilməyəcək. Bəlkə də Vanqanın susması dünyanı yeni bir möcüzəsiz qoyacaqdı.

Vanqa sona qədər susqunluğunu qorudu, ancaq ölümünə az zaman qalan ilginc açıqlama ilə çıxış etdi: “Mən gedərkən getməyənlərdənəm. İkinci unikal qabiliyyət mütləq yetişəcək”.
Bundan sonra o, müxtəlif frazalar işlətdi. Hansısa hərfləri sadaladı və beləliklə özündən sonra müxtəlif müzakirələrə səbəb oldu. Hamı bu dəfə Vanqanın dodaqaltı adını söylədiyi “möcüzəni” axtarırdı. Ekstrasenslər hərfləri, səsləri bir yerə toplamağa çalışırdılar. Kimisi bir ad, başqası isə başqa bir ad çəkirdi. Ancaq heç kəsin söylədiyi möcüzə görünmürdü ki, görünmürdü.
Bu sirli “mozaikanı” bir yerə ancaq Vanqa öləndən sonra toplaya bildilər. Vanqa demişdi ki, yeni əsrdə Avropa oda bürünəcək,onun düz mərkəzində isə qız dünyaya gələcək və onda xüsusi vergi olacaq.
Möcüzə usağı uzun müddət axtardılar. 2000-ci ildən etibarən bir çoxları bununla bağlı nəticə əldə etmək üçün çalışırdı. Axtarış ancaq 9 il sonra nəticəsini verdi. Fransada nəşr olunan qəzetlərdən birində Monpelye şəhərində yaşayan balaca qız barədə yazı dərc olundu. Deyirdilər ki, balaca qız gələcəyi görmək qabiliyyətinə malikdir. Bütün diqqətlər bir anda həmin şəhərə və balaca qıza yönəldi. Vanqanın dedikləri bu dəfə də düz çıxırdi? Axı hər şey detallarına qədər uyğun gəlirdi. İkinci Vanqa doğulmuşdu. Ancaq onun bu bacarığının aşkarlanması üçün bir neçə il tələb olunmuşdu.
Əvvəlcə onu ev şəraitində “sınaqdan” keçirdilər. Daha sonra onu ekstrasenslərin qarşısına sınaqlara çıxardılar. O, bütün sınaqlardan üzüağ çıxdı. Onun xüsusi istedadına şübhə qalmırdı. Bundan sonra balaca qıza əsl “ov” başlandı. Hamı onu özünün kəşf etdiyini sübut etməyə çalışırdı. Mətbuat qızın yaşadığı evin qarşısında az qala səngər qurmuşdu. Onun hər bir görüntüsü yayılır, diqqət mərkəzinə çəkilirdi.

Qısa müddət sonra qızın ailəsi izini itirməklə birdəfəlik yoxa çıxdı. Günlərin birində evdə heç kəsin yaşamadığı məlum oldu. Ailə xəbərsiz itimişdi. Onların hara getdiyi məlum deyildi. Axtarışlar heç bir nəticə vermədi. 5 il ərzində heç kəs ailədən xəbər tutmadı. Ancaq illər sonra- Avropada Vanqanın dediyi kimi əsl “od” qalandıqdan sonra qız üz çıxdı. Kaede Uber adlı qız bu dəfə özü mətbuatın görüşünə gəldi. Həm də öz proqnozları ilə.
Vanqanın yeganə varisi dünyanı gözləyən hadisələr barədə proqnozlarla hamını təəccübləndirdi. O, Yerdə əsl fəlakət gözləndiyini bildirdi. Dedi ki, 6 il sonra yerdə işməli su belə tapılmayacaq.
“Balaca Vanqa” Parisdəki terror aktlarını əvvəlcədən hiss etdi. Anasının sözlərinə görə, qızına sanki kimsə nələrsə pıçıldayır.
“Suriya və Türkiyədən başqa haranı təhlükə gözləyir?” sualına qız belə cavab verdi:
-Əlcazairi.
İndi hər kəs bu proqnozun özünü doğruldub-doğrultmayacağını gözləyir. Hamıdan çox gözləyən isə əlcəzairlilərdir. Onlar üçün bu, həm də təhlükənin siqnalıdır.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___