Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rafael Dadaşov: “Mənə nə aidiyyəti?“
Tarix: 15-02-2016 | Saat: 23:51
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Rafael Dadaşov: “Mənə nə aidiyyəti?“

Xalq artisti Rafael Dadaşov adının keçmiş həyat yoldaşı Sədaqət Dadaşova ilə hallanmasına əsəbləşib

Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, o, 25 il öncə həyat yoldaşından ayrılıb:

"Yazıblar ki, "Rafaelin keçmiş həyat yoldaşı" nə bilim nə... Hə, nə olsun? Bunun mənə nə aidiyyəti var axı? İndi mən bir neçə dəfə ailə qursam, boşansam, adımı yazacaqlar?

R.Dadaşov S.Dadaşovanın söylədiyi "4 uşağımın hamısı Rafaeldəndir" sözlərinə isə münasibət bildirmək istəməyib:

"Bu barədə danışmaq istəmirəm. Məndən soruşun ki, teatrda nə baş verib? Hansı rolları oynayacağam? Bunun mənə heç aidiyyəti yoxdur".

Qeyd edək ki, Sədaqət Dadaşova "Zuhal Topalla İzdivaç" evlilik verilişində maraqlı açıqlama vermişdi: "Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəyəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü isə əmim oğlundandır".

Daha sonra açıqlamasının müzakirə olunduğunu görən S.Dadaşova sözlərini danmışdı:

"Türk dilini yaxşı bilmədiyim üçün dediklərim yanlış anlaşılır. Hamıya demək istəyirəm ki, 4 övladımın hamısı bir ata-anadandır. Bu məsələdən sonra Azərbaycanda çox qarışıqlıq yarandı. Çalışacağam ki, türk dilini yaxşı öyrənim".


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___