Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
60 yaşlı tibb bacısını öldürən qatil yaxalandı
Tarix: 15-02-2016 | Saat: 00:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

60 yaşlı tibb bacısını öldürən qatil yaxalandı
Caninin Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.

Xəbəraz.az -ın APA-ya istinadən məlumatına görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğundan şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
5-02-2016, 13:54 İşsizlərə şad xəbər

bütün xəbərlər
____ Instagram ___