Telefon kabeli oğurlandı - 4 kənd rabitəsiz və internetsiz qaldı
Tarix: 13-02-2016 | Saat: 11:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub.
Oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb.
Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək oğurlanıb.
Kabellərinin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz qoyub.
Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək satıblar.
Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan izləri götürüblər.
Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir
Xəbəri paylaş
5688 dəfə oxunub.
Digər xəbərlər

17-03-2016, 10:07
"İnter" və "Milan" rəhbərləri görüş keçiriblər
27-04-2015, 14:38
Yeganə Məmmədovanın gəlir əldə etmək arzusu puç oldu
28-01-2020, 22:08
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkarlanıb
10-07-2016, 22:26
Evliliyin həmişəlik və xoşbəxt olmasının əsas üç şərti
2-02-2018, 10:45
Fidel Kastronun oğlu intihar etdi
11-07-2023, 15:22
Aygün və Namiq yenidən sevgilidir?
23-02-2018, 15:48
Şəhid zabitin xanımı: “Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu” - FOTO
16-09-2016, 23:06
Cənnət və cəhənnəm hazırda varmı?
10-10-2019, 04:34
Türkiyənin Suriyadakı hərəkatını idarə edənlər - Fotolar