Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgilisini öldürən gənc: Başını bağladım ki, səsi çıxmasın - FOTO + VİDEO
Tarix: 13-02-2016 | Saat: 10:24
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Sevgilisini öldürən gənc: Başını bağladım ki, səsi çıxmasın - FOTO + VİDEO
“İndi fikirləşirəm ki, o qadına görə dəyməzdi...”

Binəqədi rayonunda qətl hadisəsini törətməkdə təqsirli bilinən 22 yaşlı Fəhmin Qədimov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəraz.az-ın musavat.com-a istinadən məlumatına görə, o, ötən gün Binəqədi rayonunun Cavadxan küçəsində kirayə götürdüyü evdə 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanı qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirli bilinir.

“O qadına görə dəyməzdi. İndi fikirləşirəm ki, o qadına görə dəyməzdi...”, - Fəhmin Qədirov istintaqa ifadəsində bildirib.

Saxlanılan şəxsin sözlərinə görə, mərhum Sədaqətlə 1 ay bundan əvvəl “28 May” metrostansiyasının qarşısında tanış olub. Qadın “Memar Əcəmi” metrosu yaxınlığında kirayədə yaşayırmış. Evin qiyməti baha olduğundan, Fəhmin ona yeni mənzil kirayələyib:

“Çağırdım, gəldi baxdı, xoşuna gəldi. Silib təmizlədi, evi götürdüyüm 4 gün idi. Ondan əvvəl çöldə-bayırda, öz evində görüşürdük. Getdi, səhəri gün gəldi. Dedim ona gəl bura. Mən bilirəm sən kiminləsə görüşürsən, eləmə...”

Qadının sərt cavabı Fəhmini hövsələdən çıxarır. Bu zaman qızın başını qolları arasında sıxaraq boğmağa başlayır:

“Sonradan məftildən istifadə etməyə başladım. Gördüm boğulub, amma canını hələ tapşırmayıb. Məftillə sıxdım, şalvarı üzünə qoydum, başını bağladım ki, qoy səsi çıxmasın”.

Hadisəni törədəndən sonra Fəhmin qadının maşınına oturaraq rayona gedir və anası ilə vidalaşır. Dərhal geri qayıdan gənc özü könüllü olaraq gəlib Binəqədi Rayon Polis İdarəsinə təslim olur.

Qeyd edək ki, qadının 18 yaşında oğlu var.

Fəhmin Qədimov isə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.
Sevgilisini öldürən gənc: Başını bağladım ki, səsi çıxmasın - FOTO + VİDEO
Sevgilisini öldürən gənc: Başını bağladım ki, səsi çıxmasın - FOTO + VİDEO


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___