Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MTN-in qalmaqallı agenti Moskvada həbs olundu
Tarix: 12-02-2016 | Saat: 18:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

MTN-in qalmaqallı agenti Moskvada həbs olundu
Naxçıvan MTN-in (hazırda fəaliyyətinə xitam verilib) keçmiş əməkdaşı hesab edilən və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən İbrahim Musayev Moskvada həbs olunub
Xəbəraz.az Rusiya Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən xəbər verir ki, fevralın 10-da Yeni Moskvanın Pervomaysk qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 23 yaşlı “Orta Asiya respublikası vətəndaşı” həbs olunub.

Məlumata əsasən həmin şəxs öz ölkəsinin ərazisində dələduzluq əməlləri törətməkdə şübhəli bilinir. Bundan əlavə onun Moskva regionunda da seriya dələduzluq əməlləri törətdiyinə dair ciddi şübhələr var.

İlkin məlumata əsasən bu şəxs qadınların etibarını qazanmaq və onların pullarını mənimsəmək üçün aşağıdakı sxemlə hərəkət edib: özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edib və sübut üçün üzərində gəzdirdiyi “Makarov” tapançasının mulyajını göstərib. Sonra o qadınları 3 yaşlı qızı ilə tanış edərək uşaq üçün maddi yardım xahiş edib. Bu yolla aldığı pulları mənimsəyib. Hazırda saxlanılan şəxsin barəsində cinayət işinin qaldırılması məsələsi həll edilir. Saxlanılarkən bu şəxsin yanında azyaşlı qız uşağı da olub və uşaq tibbi müayinəyə göndərilib. Onun daha sonra vətəninə göndəriləcəyi bildirilir.

Rusiya DİN-in rəsmi məlumatında həmin şəxsin kimliyi və hansı ölkə vətəndaşı olduğu göstərilməsə də 360tv.ru portalı onun “Azərbaycan MTN-in keçmiş əməkdaşı olduğunu” yazıb, habelə saxlanılan şəxsin fotosunu və üzü görünməmək şərti ilə son videogörüntülərini də yayıb.

Sayt yazır ki, saxlanılan şəxs qadınları aldadaraq onların 2.5 milyon rubl pulunu mənimsəməkdə ittiham olunur. Polisdən bildiriblər ki, saxlanılan Azərbaycan vətəndaşıdır, ölkəsindən qaçıb və təqib olunduğunu iddia edərək siyasi sığınacaq istəyib. Bu şəxs Azərbaycandan qaçmasının səbəbi kimi guya “təsadüfən indi nazir olan nüfuzlu şəxsin yolunu maşınla kəsdiyini, bu səbəbdən həbs olunduğunu və 6 ay təcridxanada saxlanıldığını” göstərib. O, azadlığa çıxandan sonra dərhal Rusiyaya qaçdığını və siyasi sığınacaq almaq istədiyini deyib. Ancaq bu şəxsin sığınacaq almaq üçün sənədlərini verdiyi təsdiqlənmir.

Müstəntiqlərin versiyasına görə həmin şəxs imkanlı qadınlarla tanış olub, özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edib. Hansısa müddət sonra o, görüşə 3 yaşlı qızı ilə tanış olduğu qadının görüşünə gedib, “ürək dağlayan əhvalat” danışıb və maddi yardım xahiş edib. Qadınlar isə bir qayda olaraq onun xahişini rədd etməyiblər.

Saxlanılan şəxs isə başqa versiya danışır. Deyir ki, qadınlardan kimsə onunla ailə qurmaq istəyib. Rədd cavabı alanda bütün bu əhvalatlar baş verib. Guya ona vurulan həmin qadın polisə ərizə yazaraq 2.5 milyon rubl pulunun mənimsənildiyiyini deyib.

Bu süjetdə də saxlanılan şəxsin kimliyi göstərilmir. Ancaq fotodan məlum olur ki, söhbət 2013-cü ildə Azərbaycandan qaçan və bir müddət sonra Rusiyada üzə çıxıb Naxçıvan MTN-nin barəsində ifşaedici açıqlamalar verən İbrahim Musayevdən gedir. Həmin şəxsin adı Naxçıvan MTN-in təcridxanasında ölən Turac Babayevlə bağlı keçirdi və İbrahim Musayev iddia edirdi ki, ona Turac Babayevin arvadını ələ almaq tapşırığı verilmişdi. Habelə o, Turac Babayevin işgəncələrdən öldüyünün şahidi olduğunu deyirdi.

Naxçıvan MTN isə bəyanat yayaraq İ.Musayevin dələduz olduğunu və bu səbəbdən axtarıldığını açıqladı. Daha sonra Azərbaycan tərəfinin sorğusu ilə onu Rusiyanın Yaroslavl şəhərində saxlasalar da ekstradisiyası baş tutmamışdı. Və bir müddət sonra İ.Musayev Rusiya da hüquq-mühafizə orqanlarından gizlənmişdi.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___