Sınaq imtahanlarının vaxtı bəlli oldu
Tarix: 12-02-2016 | Saat: 18:04
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
61 imtahan mərkəzində təşkil olunacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçiriləcək.
Magistraturaya qəbul imtahanın I mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) 20 fevralda, rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) 19 martda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 3, 10, 24 aprel və 8 may tarixlərində keçiriləcək.
Bildirilib ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.
“İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya – martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində (eservices.tqdk.gov.az) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək.
“İmtahan respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq. Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar”, - deyə məlumatda bildirilir.
TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırıb ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.
“Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!”, - deyə məlumatda qeyd olunur.
Xəbəri paylaş
7528 dəfə oxunub.
Digər xəbərlər

21-02-2016, 11:11
Bakıda gənc özünü 7-ci mərtəbədən atdı, sağ qaldı
17-04-2019, 23:02
Leyla Əliyeva film təqdimatında - FOTOLAR
16-05-2017, 21:54
Özcan Aslını Muradın əlindən aldı - Şok iddia
22-12-2015, 21:18
Vergidən yayınan müğənnilərin - TAM SİYAHISI
7-04-2015, 20:12
İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri başa çatdı
14-09-2019, 17:00
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi - GƏLİŞMƏ
29-07-2015, 22:17
Bakıda “avtoş” və qohumları polisə hücum edib maşınını əzdi
20-06-2018, 17:45
100 milyon götürərək ölkədən qaçdığı deyilən Emin Zeynalov polisə müraciət edib - TƏFƏRRÜATLAR
11-07-2015, 21:27
Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu
14-08-2017, 10:43
Bu polis işçisini dünya "Azərbaycanın üzü" seçdi - FOTO