Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya-Azərbaycan münasibətləri hazırda yüksəliş dövrünü yaşayır
Tarix: 11-04-2015 | Saat: 13:39
Bölmə:Karusel / Siyasət / Müsahibə | çapa göndər

Rusiya-Azərbaycan münasibətləri hazırda yüksəliş dövrünü yaşayır
“Azərbaycan özünü etibarlı və ciddi müttəfiq kimi göstərdi”.

Rusiya-Azərbaycan münasibətləri hazırda yüksəliş dövrünü yaşayır və bu da öz növbəsində Qərb tərəfindən sanksiyaların qüvvədə olduğu bir vaxtda Rusiya üçün xüsusilə vacibdir.

Xeberaz.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın müxbirinə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin dünən Moskvada keçirilmiş Avropa Oyunlarının təqdimat mərasimində deyib.

“Bu münasibətlər yüksəlişdədir. Bizim Azərbaycan rəhbərliyi ilə çox yaxşı əlaqələrimiz var. Hazırda Azərbaycan istehsalçıları Rusiyaya qarşı sanksiyalar rejimi başlayandan ölkəyə meyvə-tərəvəz məhsullarının tədarükündə kömək edirlər.

Lakin deyə bilərəm ki, sənaye sahəsində də münasibətlər yaxşıdır. Hazırda Azərbaycanda Rusiya istehsalı olan helikopterlər üçün xidmət mərkəzinin yaradılması məsələsi nəzərdən keçirilir. Xəzər regionunun inkişafı naminə gəmiqayırma kooperasiyasının yaradılması ideyası da var”, - Dmitri Roqozin deyib.

“Ümumilikdə deyə bilərəm ki, beynəlxalq siyasət üzrə bir sıra məsələlərdə etibarlılıq, qarşılıqlı anlaşma və mövqelərin üst-üstə düşməsi mövcuddur. Həmçinin güclənməkdə olan sənaye sahəsi üzrə əməkdaşlıq da olduqca vacibdir. Xüsusilə də Qərbyönümlü qüvvələr Rusiyanın qarşısını kəsməyə cəhd edəndə.

Azərbaycan bu vəziyyətdə özünü etibarlı, ciddi mütəffiq kimi göstərdi. Buna görə də məmnunluqla Azərbaycanla əlaqə saxlayıram, Rusiya-Azərbaycan arasında sosial-iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının Rusiya tərəfindən həmsədriyəm.

Özüm çoxdandır ki, görkəmli Əliyevlər ailəsi ilə dostluq edirəm və əlbəttə ki, bu gün bu tədbirdə iştirak etməyə bilməzdim”, - Dmitri Roqozin əlavə edib.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___