Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bu məhsullar bahalaşdı – SİYAHI
Tarix: 12-02-2016 | Saat: 11:26
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Azərbaycanda bu məhsullar bahalaşdı – SİYAHI
Dövlət Statistika Komitəsi rəqəmləri açıqlayıb.

2016-cı ilin yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2% bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

“Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri bahalaşıb”, - deyə komitədən qeyd edilib.

DSK-dan həmçinin bildirilib ki, digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

“Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - deyə DSK-dan qeyd edilib.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___