Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakılı avtoxuliqan Kiyevdə qəzaya düşdü – FOTO
Tarix: 11-04-2015 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Bakılı avtoxuliqan Kiyevdə qəzaya düşdü – FOTO
Zərərçəkən Azərbaycan vətəndaşı komadadır.

Aprel ayının 10-da Kiyevdə Borşaqvoski küçəsində, hava donanması yol ötürücüsünün qarşısında McDonald's-la üzbəüz ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, əvvəlcə yaşları 20-yə yaxın olan gənc adamlar “Volkswagen” markalı (Azərbaycan qeydiyyatlı) avtomobildə Borşaqovski küçəsi ilə Julyanskiyə tərəf hərəkət ediblər.

Avtomobil hava donanması yol ötürücüsünə 150 metr qalmış yolun sağ tərəfinə doğru anidən hərəkət istiqamətini dəyişib (asfalt üzərində izlərdən müəyyən edilib), dioqanal üzrə iki zolağı keçib, bardür daşına dəyib və çevrilmiş şəkildə 100 metrlik idarəedilməz “uçuşuna” başlayıb. Təxminən 80 metrdən sonra avtomobil dirəyə dəyib və 180 dərəcə çevrilib və sağ tərəfi üstə təkərləri qaraja tərəf dayanıb.

Son çevriliş zamanı avtomobildəki sərnişin, Azərbaycan vətəndaşı, 1996-cı il təvvəllüdlü oğlan yıxılıb. Oğlan avtomobilin sol tərəfi altında əzilib. Hadisə yerinə gələn təcili yardım maşını onu çoxsaylı xəsarətlərlə, ağır vəziyyətdə 17 saylı xəstəxanaya çatdırıb. Asfaltın üzərində böyük qan gölməçəsi qalıb, bu isə zərərçəkənin vəziyyətinin yaxşı olmadığından xəbər verir... Digər iki oğlan (onlar da Azərbaycan vətəndaşıdır) xəsarət alsalar da, praktiki olaraq zərər çəkməyiblər.

Avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü oğlan, çəkiliş zamanı əməliyyat-istintaq qrupunun əməkdaşlarına ifadə verib. Belə ki, asfaltda avtomobilin dayandığı yerdən 100 metr aralıdan başlayan izlərə görə, sürət yüksək olub.

Azərbaycan vətəndaşı olan, maşının sol tərəfi altında əzilən zərərçəkən oğlan 17 saylı xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir. O, açıq kəllə-beyin travması, kəlləsinin tikiş və əsas hissəsindən, döş qəfəsindən və qarın nahiyəsindən xəsarət alıb, baldırı sınıb.

Qeyd edək ki, bu, azərbaycanlıların Kiyevdə bu il ərzindəki ilk yol-nəqliyyat hadisəsi deyil.










Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___