Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sabah” Azərbaycandan üzr istədi – FOTO
Tarix: 11-02-2016 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Sabah” Azərbaycandan üzr istədi – FOTO
“Xəbəri düzəldirik”.

Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib.
Bu barədə qəzetdə material dərc edilib.

Üzrxahlıqda bildirilir ki, fevralın 6-da “Sabah” qəzetində “Türkiyənin turizm təcrübələrindən faydalanırıq” başlıqlı yazı dərc olunub. Xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib.

Qeyd olunur ki, Azərbaycanın Ankaradakı səfirliyi qəzetin redaksiyasına etiraz məktub ünvanlayıb. “Xəbəri düzəldirik və üzr istəyirik”, - deyə, qəzetin üzrxahlıq mətnində bildirilir.

Yazıda Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən göndərilən məktubun mətni də yerləşdirilib. Məktubda göstərilib ki, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır.

“1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasına baxmayaraq, atəşkəs rejimi təmas xəttində Ermənistan ordusu tərəfindən tez-tez pozulur. BMT, ATƏT, Avropa Parlamenti və s. beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən bu işğalın beynəlxalq hüququn normalarının pozulması səbəbindən qəbuledilməz olduğu təsdiq edilib”, - deyə məktubda bildirilib.

Xatırladaq ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə “Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.
“Sabah” Azərbaycandan üzr istədi – FOTO


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
12-11-2015, 16:45 Arif Yunus azadlıqda

bütün xəbərlər
____ Instagram ___