Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Facebookda bilmədiyiniz 4 gizli xüsusiyyət
Tarix: 09-02-2016 | Saat: 17:31
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər

Facebookda bilmədiyiniz 4 gizli xüsusiyyət

Facebookda bilmədiyiniz lakin çox önəmili olub işinizə yara biləcək 4 gizli xüsusiyyət haqqında yazırıq.

Dünyaca məşhur sosial şəbəkə olan facebook’un Azərbaycanda da kifayət qədər istifadəçisi mövcuddur. Lakin gündəlik istifadə etdiyimiz və həyatımızın demək olar ki, hər anında yanımızda olan bu şəbəkədə bilmədiyimiz və bizə çox lazımlı olan gizli xususiyyətlər mövcuddur. Hansı ki, bu xüsusiyyətlər gizlilik baxımdan çox önəmlidir. Siz də bu funkisyalar haqqında məlumat əldə etmək istəyirsinizdə aşağıda qeyd etdiklərimizi diqqətlə oxuyun.

Mesaj qismində “5 dəqiqə öncə aktivdi” detalından can qurtarmaq.
Bəlkə də sizi narahat edən detallardan ən böyüyü budur. Messenger’də olan zaman sizi online göstərilməsini və messenger’dən çıxan zaman sizin nə vaxt aktiv olduğunuzun görsənməsini yəqin ki istəməzdiniz. Belə olan halda dostlarınıza cavab yazmaq, onların mesajlarını cavablandırmaq kimi məcburiyyət yaranır. Cavab olmadığı təqdirdə isə dostlarınız və yaxınlarınız sizin aktiv olma tarixini izləyərək sizdən inciyə bilər. Bu məsələnin tam olaraq həlli yoxdur amma siz bundan can qurtarmaq istəyitsinizsə messenger tətbiqin telefonunuzdan silibbrowser vasitəsilə facebook’a girə bilərsiniz. Nəticə etibarilə browser’lə daxil olan zaman sizin son görülmə tarixiniz görsənməyəcək.

Baş bəlası olan mesajlarda görüldü xüsusiyyətindən can qurtarmaq.
Whatsapp’da bu problemin həll olunması haqqında sizlərə məlumat vermişdik. İndi isə növbə facebook’dadır. Başınıza bəla olan görüldü detalından can qurtarmağın yolu sadə və asandır. Facebook Unseen Chrome əlavəsini yükləyərək bu problemdən can qurtara bilərsiniz. Ən azından PC başında olanda mesajları oxuduğunuz zaman qarşı tərəfə görüldü olaraq məlumat ötürülməyəcək.

Facebookda bilmədiyiniz 4 gizli xüsusiyyət

İndiyə qədər facebookda nələr paylaşmısınız?
Yəqin ki dostlarınızın sizin köhnə iyrənc paylaşımlarınıza rəy yazması halını yaşamısınız. Hətta bəzən özümüzə qəribə gəlir. 2011-ci ildə mən belə paylaşım etmişəm? Bütün facebook tarixcənizi əldə etməyin və onlara nəzər salmağın qısa və asan yolu var. Bütün məlumatları komputerinizə yükləmək. Bunun üçün ”settings” bölməsindən “general account settings”ə daxil oluruq. Lap aşağı hissədə “Download a copy of facebook datay”a daxil oluruq və bütün məlumatları əldə edirik.

Facebook istifadə etdiyiniz gündən bu yana oxunmamış mesaj varmı?
Facebook-u illərdir istifadə edirsinizsə böyük ehtimalla sizə göndərilmiş və oxumadığınız mesajlar var. Bu mesajları əldə etməyin sadə üsulu aşağıdakı kimidir. Facebook-a komputer vasitəsilə daxil olub mesajlar bölməssinə giririk. Digər mesajlar hissəsinə daxil olub oxunmamış mesajları seçirik. Nəticədə bugünə qədər sizə gələn və oxumadığınız mesajlar qarşınıza çıxır.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___