Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Öldürülən generalın qızı danışdı: "Qətlinin əsas səbəbi ..."
Tarix: 08-02-2016 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Öldürülən generalın qızı danışdı: "Qətlinin əsas səbəbi ..."


Rail Rzayevin qətlinin əsas səbəbi prezidentimizə, xalqımıza, vətənimizə sadiq olması idi. O vaxt türklər Azərbaycana gələndə elə bilirdilər ki, hər şeyi buradakı mütəxəssislərdən yaxşı bilirlər. Amma Rail Rzayevin işlərini görəndə ağızları açıq qalmışdı.
Xəbəraz.az bildirir ki, bu sözləri müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qızı Rahilə Rzayeva deyib.

Atasının qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində musavat.com-a geniş müsahibə verən R.Rzayeva bildirib ki, sovet dövründə onu mərkəzi komitəyə çağırıb nüvə başlıqlı raketlərin olduğu xüsusi hərbi hissəyə komandir təyin etmək istəyirdilər:

"Çünki o, müsabiqədən keçən yeganə hərbçi olmuşdu. Sovetlər birliyi dağıldı, bu təyinat baş tutmadı. O qədər namizədin arasından azərbaycanlını sırf bilik və bacarığına görə seçmişdilər.

O, Rusiyadan 3 il əvvəl Hərbi Hava Qüvvələri ilə Hərbi Hava Donanmasını birləşdirib bir struktur etmişdi. Rail Rzayev Hərbi Hava Qüvvələrini və Hərbi Hava Donanmasını sıfırdan quran şəxs idi. Bu gün evimizdə sakit yatdığımıza görə mərhum prezidentimiz Heydər Əliyevə borcluyuq, ikincisi də Rail Rzayevə".

R.Rzayevanın sözlərinə görə, mərhum general səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi üçün dəfələrlə raportla müraciət etmişdi: "Amma Heydər Əliyev onu buraxmırdı. Canı xəstə idi. Hamı səhər 7-də rahat maşınlarda işə gedəndə mənim atam səhər 4-də qalxırdı. Kürdəmirdəki təlim mərkəzini yaratmaq üçün gün ərzində neçə dəfə rayona gedib qayıdırdı.

Yüksək şəkəri vardı, ürəyində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı, ayaqlarında ağrıları vardı. Bununla belə, o özünün xəstəliklərini büruzə verməyi xoşlamırdı. Ön cəbhəyə də gedirdi. Oradakı hərbi hissələri şəxsən yoxlayırdı".

O, atasının qətlinin üstünün açılacağına ümidlidir: "Həmin məqam gələndə qətlin üstü açılacaq. Prezidentimizə inanıram. Gözləyirəm ki, zamanı, vaxtı gələndə o, qətlin sifarişçisini layiqli cəzasına çatdıracaq. Bir də ki, Allaha inanıram. Ən böyük hakim Allahdır".

Mərhumun övladı bildirib ki, Rusiya ilə Türkiyə münasibətləri gərginləşəndə mətbuatda bir yazı dərc olunmuşdu: "Ki, vaxtilə İran tərəfi Azərbaycan sərhədini pozanda Türkiyə tərəfi təyyarələri qaldırıb qüvvə nümayiş etdirdi və təyyarələr hava məkanımızdan çıxdı. Əslində, belə deyildi. Bütün bunlar gözümüzün qabağında olmuşdu. İran təyyarələri sərhədimizi pozanda onlar türk təyyarələrindən qorxmamışdılar.

Onları Rail Rzayev lazımi səviyyədə yerlərində oturtdu, hədlərini bildirdi. Eyni zamanda, ermənilər də Rail Rzayevdən qorxurdu. Fikir verirsinizsə, Rail Rzayevi aradan götürdülər və ermənilər Xankəndində aerodrom tikdilər. Çünki Rail Rzayev mövqeyini açıq deyirdi. Bildirirdi ki, hava məkanını pozan istənilən təyyarə dərhal vurulacaq. Ona görə də mal-mülk söhbəti, daxili düşmənlər versiyası gülüncdür".

Xatırladaq ki, R.Rzayev 2009-cu il, fevralın 11-də yaşadığı evin qarşısında öldürülüb.



4688 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 20:02 NACO Bakıda iclas keçirdi

bütün xəbərlər
____ Instagram ___