Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Soğanı 4 yerə bölüb... – Xanımlar üçün ucuz və faydalı müalicə
Tarix: 07-02-2016 | Saat: 15:59
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Soğanı 4 yerə bölüb... – Xanımlar üçün ucuz və faydalı müalicə
Soğan evdə istifadə etdiyimiz tərəvəz olmaqla yanaşı, tərkibindəki B, C və A vitamini, yod, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlərə malik olan şəfalı bir tərəvəzdir.

Soğan suyu qadınlarda ağ axıntı, mioma, menopauza, kist kimi narahatlıqlara qarşı son dərəcə uğurlu vasitədir. Aile.lent.az soğan suyu haqda maraqlı faktlarla sizi tanış edir.


Soğan suyunun faydaları

Qadınlarda meydana gələn şokolad kistası (endometriozis) və miomanın yaranmasına qarşı müalicəvi təsiri var

Polikistoz over sindromunun müalicəsində faydalıdır

Menstruasiya pozğunluğunu qaydaya salır

Menopauza şikayətlərini azaldır

Vaginal axıntılarda faydalıdır

Hamilə qalmaq istəyənlərə çarə olacaq

Həzmi tənzimləyir

Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var

Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var

İmmunitet sistemini gücləndirir

Bədəndə meydana gələn yağlanmanı azaldır, arıqlamağa kömək edir

Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var

Prostat iltihablarını azaldır

Çiy soğan yemək, yemək sonrası qandakı ümumi qliserit səviyyəsini aşağı salır

Sinusit probleminin qarşısını alır


İstifadə qaydası

Normal ölçüdə olan soğanı 4 yerə bölüb əvvəlcədən qaynadılmış 2 stəkan xlorsuz suya qoyub 5 dəqiqə saxlayın. Içərisinə heç nə əlavə etmədən günorta və axşam yeməklərindən əvvəl bir stəkan için. Bu proseduru 15 gün davam etdirə bilərsiniz. Menstruasiya vaxtı da bu sudan içə bilərsiniz. Lakin ən ideal zaman menstruasiya bitəndən 7 gün sonradır. Axıntılar bu suyu içəndən 2-3 gün sonra bədəndən çıxmağa başlayır.

Hamilə qalmaq istəyənlər də qorxmadan soğan suyu içə bilərlər.


Xəbəri paylaş

2 2118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___