Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran Ermənistana qaz nəqlini beş dəfə artıracaq
Tarix: 07-02-2016 | Saat: 14:23
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

İran Ermənistana qaz nəqlini beş dəfə artıracaq
İran üçüncü elektrik ötürücü xəttin inşası çərçivəsində Ermənistana qaz ixracı imkanlarını 5 dəfə artırmağı nəzərdən keçirir

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu bazar günü İranın Qaz İxracı üzrə Milli Şirkətinin direktoru Əlirıza Kamili bildirib.

"Hətta (İran və Ermənistan arasında) birgə saziş əsasında qaz tədarükünün gündə 5 milyon kubmetrə qədər artırılması imkanları mövcuddur", - deyə Kamili bildirib.

Şirkət direktorunun sözlərinə görə, hazırda İran Ermənistana gündə təqribən 1 milyon kubmetr qaz ixrac edir. O hesab edir ki, yeni elektrik ötürücü xətlərin tikilməsi İran qazının Ermənistana ixracında əsas amillərdən biri ola bilər.

İran və Ermənistan 2015-ci ilin avqustunda iki ölkənin enerji sistemini birləşdirəcək üçüncü elektrik ötürücü xəttin inşasına dair saziş imzalayıb. 107 mln. avro dəyərində qiymətləndirilən müqavilə iki il ərzində uzunluğu 275 km. olan elektrik ötürücü xəttin istifadəyə verilməsini nəzərdə tutur. Bu, iki dövlət arasında qarşılıqlı elektrik enerjisi tədarükü həcmlərinin iki dəfə artırılmasına imkan verəcək. İran bu layihənin köməkliyi ilə Gürcüstan və Rusiyanın enerji sistemlərinə qoşulmağı planlaşdırır. Üçüncü xətt Ermənistanın İrəvan İstilik Elektrik Mərkəzinə daxil olan İran qazı əvəzində elektrik enerjisi tədarükünü yüngülləşdirəcək.

Ermənistanın İrandan aldığı "mavi yanacaq" elektrik enerjisinə emal edilir və 1 kubmetr təbii qaza görə 3 kVtt/saat hesabı ilə İslam Respublikasına geri qaytarılır.


Xəbəri paylaş

5128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___