Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeyib-içdikdən sonra meşəyə aparıb öldürdülər - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Tarix: 07-02-2016 | Saat: 12:55
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Yeyib-içdikdən sonra meşəyə aparıb öldürdülər - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
5 ay əvvəl törədilmiş qətlin üstü açılıb

Abşeronda beş ay əvvəl qətl törədən şəxslər barəsində həbsqətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il Abşeron rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içiblər. Yeyib-içdikdən sonra onların arasında mübahisə yaranıb və yuxarıda adları çəkilən şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər.

Cinayətin Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub və Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham élan edilməklə barələrində məhkəmənin qərararı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

xxxxx

6 fevral 13:22

Daxili İşlər Nazirliyi ötən il Abşeron rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

5558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___