Ərdoğan Qərbi terrorçuları dəstəkləməkdə ittiham edir
Tarix: 06-02-2016 | Saat: 23:12
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini ikili standartlı siyasət
yürütməkdə ittiham edərək, onları PPK və YPG (PKK terror təşkilatının Suriya qolu) qruplaşmalarını silahlandırmaqda təqsirləndirib.
Xəbəraz.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan İstanbulda keçirilən Ümumdünya turizm forumunda çıxışı zamanı bildirib.
“Biz terrorçuların istifadə etdiyi silahların Qərb istehsalı olduğunun şahidi oluruq. Onların əllərində olan silahlar müxtəlif Qərb ölkələrində istehsal olunub. Yəni, terrorçuların malik olduğu silahlar terror təşkilatları ilə mübarizə barədə daim bəyanatlar verən ölkələr tərəfindən istehsal olunub”, deyə Ərdoğan qeyd edib.
Ərdoğan Qərbin Türkiyənin tələblərinə çox vaxt məhəl qoymamasından təəssüfləndiyini bildirib: “Qərb ölkələri YPG-nin törətdiyi etnik təmizləmələrə, terror aktlarına və Bəşər Əsəd rejimi ilə sıx əməkdaşlıq etməsinə göz yumur”.
“Bizim PKK ilə mübarizəmiz 35 ildir davam edir. Lakin biz heç vaxt geri çəkilməmişik və bu günədək təmkinlə mübarizəni davam etdiririk”, deyə Türkiyə prezidenti əlavə edib.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

1-11-2019, 14:50
Azyaşlılara siqaret satan satıcı cəzalandırıldı
8-07-2022, 13:16
Zaur Baxşəliyev 12 illik həbs oluna bilər
4-01-2017, 13:14
Tamella Arzumanyan: "Azərbaycan hakimiyyəti, bizi quldur Ermənistan hakimiyyətindən xilas edin"
16-07-2015, 21:16
Silahlı Qüvvələrin bütün tibb müəssisələrinə döyüşə hazır olmaları tapşırıldı - FOTO
7-08-2023, 10:23
“Barbi” 1 milyard dollardan çox gəlir əldə EDİB
23-04-2017, 21:11
Aygün Kazımova küsülü olduğu Röya haqqında nələr dedi? - VİDEO