Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Suriya xarabalığında toy - Fotosessiyası
Tarix: 06-02-2016 | Saat: 22:55
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

“Suriya xarabalığında toy -  Fotosessiyası
Homs - bura bir zamanlar Suriyanın ən gözəl şəhərlərindən biri idi. Bu gün isə bu şəhərin yerində ancaq xarabalıqlar, kimsəsiz, yanmış, dağılmış küçələr, xaraba qalmış binalar qalıb.

Xəbəraz.az-ın məlumatına görə, bir fotoqraf daxili toqquşmalar, vətəndaş müharibəsi, bombardman nəticəsində xaraba qalan şəhərdə qeyri-adi fotosessiya edib. Josef Eid Homsun dağıntılar fonunda toy fotoları çəkib.

Fotoqrafın qəhrəmanları Nada Merhi və Hassan Yusuf adlı gənclər olub. Onlar 5 il öncəyə kimi Suriyadakı etirazların paytaxtı olan və "inqilabın paytaxtı" adlandırılan Homsda evləniblər. Toy fotolarını da məhz doğma şəhərlərində çəkdirmək istəyiblər. Nəticədə isə ortaya vərdiş edilməmiş toy fotoları çıxıb.

Qabarıq bəyaz gəlinliyini geyinən 18 yaşlı Nada və 27 yaşlı Hassan bu fotoları ilə savaşın çətin şərtlərinə baxmayaraq sevgi bağlarının heç zaman qopmayacağı mesajını vermək istəyib. Bununla da onlar gələcəkdə evliliklərinin də hər cür çətinliyin öhdəsindən gələ biləcəyini deyiblər.

Suriyalı fotoqraf ruhlar şəhərinə çevrilən Homsda çəkilən toy fotolarının "həyatın ölümdən daha güclü olduğunu" göstərdiyini deyib.
“Suriya xarabalığında toy -  Fotosessiyası
“Suriya xarabalığında toy -  Fotosessiyası
“Suriya xarabalığında toy -  Fotosessiyası
“Suriya xarabalığında toy -  Fotosessiyası


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
2-06-2015, 01:02 Səmimiyyətin poeziyası

bütün xəbərlər
____ Instagram ___