Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycanlı öz maşınında güllələndi - Rusiyada
Tarix: 04-02-2016 | Saat: 22:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

“Azərbaycanlı öz maşınında güllələndi  -  Rusiyada
Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz "Mersedes" markalı maşınında güllələnib.

Xəbəraz.az -ın məlumatına görə, hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsidentin gecə saatlarında qeydə alındığı vurğulanır. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir.

Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına "Chevrolet Lacetti" markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən "Mercedes-Benz Gelandewagen" markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib.

Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirmiş.

Hadisəni törədənlər dərhal hadisə yerindən qaçaraq gizləniblər. Hazırda faktla bağlı Rusiya cinayət məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb.

İstintaq komitəsindən verilən məlumata görə, ölən şəxs özü də əvvəllər məhkum olunub


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___