Amerikalı jurnalist Azərbaycanın “qara siyahısında”
Tarix: 10-04-2015 | Saat: 13:34
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
XİN məlumat yaydı.
Nyu-York Times qəzetində məqalə ilə çıxış edən Set Kuqel adlı şəxs Azərbaycanın Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib və Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında qanununu pozub.
Xeberaz.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, bu şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən bu məqaləsi əslində Nyu-York Times qəzetinin oxucu auditroyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir.
“Belə bir yazının Nyu-York Times qəzetində özünə yer alması təəssüf doğurur. Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmamışdır”, - deyə, o, vurğulayıb.
H.Hacıyev qeyd edib ki, “işğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən Nyu-York Times qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır”.
“Bu şəxsin adı arzuedilməz şəxslər siyahısına daxil ediləcəkdir”, - deyə, nazirlik rəsmisi bəyan edib.
Xəbəri paylaş
6888 dəfə oxunub.
Digər xəbərlər

14-02-2016, 17:08
2016-cı ilin ən çox axtarılan müğənnisi.
27-04-2017, 13:35
Gəncədə sevgili olan qızlar qoşulub qaçdı - ŞOK
21-06-2017, 11:21
Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib
10-11-2018, 13:30
AMERİKADA BAYRAQ GÜNÜNDƏ BAYRAĞIMIZI UCALTDILAR-FOTO
20-07-2016, 21:58
«Bu insanlar işğal olunmuş Ermənistanı azad edirlər!»
16-03-2021, 02:41
Ermənistan: Azərbaycanla savaşa hazır olmalıyıq
20-07-2017, 23:05
Stilist Gülruhu arıqladan – PƏHRİZ
18-08-2016, 11:36
ŞOK! Rövşən Lənkəranski qətlə yetirildi - FOTOLAR
19-02-2016, 00:02
Rusiya İrana S-300-ləri verməkdən imtina edir