“Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir
Tarix: 03-02-2016 | Saat: 22:58
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bakı-Sumqayıt magistral yolunun sol tərəfindəki Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir.
Xəbəraz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, həmin vulkan nisbətən sönüb, aktiv deyil.
A.Əliyev qeyd edib ki, qəbiristanlıqda qəbirlərin sementlənməsi ərazidə vulkan püskürməsinin də qarşısını alır: “Həmin vulkanın püskürəcəyini güman etmirəm. Digər tərəfdən, bu vulkan püskürə bilməz, çünki orada xeyli sayda qəbir var. Onlar sementlənib, ona görə də orada püskürmə baş verə bilməz”.
A.Əliyev bildirib ki, istənilən vulkanın yaxınlığında ev və digər tikililər olmamalıdır.
Onun sözlərinə görə, vulkan püskürdükdə xəsarət faktının olmamasından ötrü tikililər ondan ən azı 1-1,5 km aralı olmalıdır: “Binəqədi rayonundakı “Keyrəki” vulkanının yanında böyük yaşayış massivi yaradılıb. Qobuda “Bozdağ” vulkanı yaxınlığında da 2-3 yaşayış binası tikilib. Ancaq indi bu məsələyə ciddi fikir verilir, tikinti işlərinin aparılmasına icazə verilmir”.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

6-03-2016, 15:49
Məcburi köçkün“Bezmişəm” deyib özünü öldürdü
29-02-2016, 11:28
Parlamentdə əlbəyaxa dava
22-04-2015, 14:16
Mikayıl Güləddin oğlu - ANA Şeiriylə Hərkəsi ağladıb-VİDEO
8-08-2021, 11:21
Bu gün 43 dərəcə isti olacaq
8-10-2018, 10:52
Qəbələdə ərəblərin qaldığı ev YANDI - ÖLƏN VƏ YARALANANLAR VAR
11-07-2015, 19:08
Ağ çimərlik geyimində kamera qarşısına keçib. - FOTO
28-07-2016, 11:17
Azərbaycanda şirkət rəhbəri işçilərinin kreditini ödədi
10-01-2018, 16:01
Qadını zorlayıb, öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ