Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan klubunun futbolçularının yarısı qovuldu
Tarix: 03-02-2016 | Saat: 18:34
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Azərbaycan klubunun futbolçularının yarısı qovuldu


Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurası radikal qərarlara əl atıb.
Xəbəraz.az bildirir ki, bu barədə report-a şuranın sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövsümün ilk dövrəsindəki uğursuz nəticələrlə əlaqədar futbolçuların yarısı komandadan kənarlaşdırılıb. Bundan başqa klubun əməkdaşları, baş məşqçi Nizami Sadıqov və onun köməkçilərinin maaşları azaldılıb. O.Abdullayev gedənlərin yerinə "Bakı", "Xəzər Lənkəran" və digər klublardan, eləcə də Gürcüstandan futbolçuların cəlb olunduğunu vurğulayıb. Bir müddətdir ikinci dövrənin hazırlıqlarına başladıqlarını deyən sədr təlim-məşq toplanışının Bakıda və ya Gürcüstanda təşkil olunacağını əlavə edib.
Qeyd edək ki, "Turan Tovuz" ilk dövrədən sonra 13 oyuna 15 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___