Dəhşətli "Zika" virusu cinsi əlaqə yolu ilə yayılır
Tarix: 03-02-2016 | Saat: 15:15
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Dünyada sürətlə yayılmaqda olan "Zika" virusunun insandan-insana keçməsi halı Texas ştatında qeydə alınıb.
Xəbəraz.az RBK-ya istinadən xəbər verir ki, bu barədə yerli 5nbcdfw telekanalı məlumat yayıb.
İndiyə qədər virusun Aedes ağcaqanadının vasitəsilə ötürüldüyü, heç bir hava və ya digər yolla yayılmadığı hesab edilirdi.
5nbcdfw-ın məlumatına görə, "Zika" virusunun insandan-insana keçməsi halı Texas ştatında Dallas vilayətində qeydə alınıb. Pasient cinsi əlaqə zamanı xəstəliyə yoluxub, bu barədə dairə səhiyyə və sosial müdafiə xidməti məlumat yayıb. Virusa yoluxduran şəxs bu yaxınlarda Venesueladan qayıdıb.
"Zika" virusunun meydana gəlməsini alimlər ilk dəfə XX əsrin 50-ci illərində Afrikada qeydə alıblar. 2014-cü ildə miqyaslı epidemiya Latın Amerikasında başlayıb.
Daha öncə tibb işçiləri virusun insandan-insana cinsi əlaqə yolu ilə yalnız bir keçmə halını qeydə almışdılar. Amma panamerikan təşkilatı "Zika" virusunun ötürülməsinin təsdiqi üçün daha əsaslı sübutların lazım olduğunu bildirmişdi, Reuters məlumat yayıb.
Tibbi ədəbiyyatda virusun spermada aşkar edildiyi yalnız bir hal təsvir edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin yanvar ayında dərc edilmiş Xüsusi informasiya bülletenində virusun insandan insana ötürülməsindən danışılmır. "Zika" virusu Aedes növlü, əsasən də tropik regionlarda yaşayan Aedes aegypti ağcaqanadları vasitəsilə yayılır. Bu ağcaqanadlar denge, çikunqunyi və sarı sətəlcəminin yayıcılarıdır", - bülletendə deyilir.
Virusa yoluxan insanda temperatur qalxır, bədənində xırda səpkilər əmələ gəlir, baş ağrıları, konyunktivit meydana gəlir. Hazırda "Zika" virusunun müalicəsi üçün dərman mövcud deyil.
Xəbəri paylaş
6618 dəfə oxunub.
Digər xəbərlər

7-12-2016, 15:17
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı
17-09-2018, 13:23
Azərbaycanlı bloger izləyicisinə "Ferrari"sinihədiyyə etdi
2-02-2016, 23:50
Nazirlər gənclərə mükafat verdi - Foto
26-11-2016, 18:59
Hər gün 1 bişmiş kartof YEYİN!
18-08-2016, 01:49
Stadnik gümüş qazandı, Ratkeviç isə... - Yeniləndi
14-11-2016, 21:40
Nigarın köməyə ehtiyacı var...
11-12-2020, 15:02
“Tələbələrim Qarabağda döyüşürdü” – Eduard Məmmədov
27-12-2016, 18:38
Spirtli içkidən 32 nəfər öldü - Bu dəfə Pakistanda
18-05-2016, 17:53
Rüstəmxanlı xanımına yazdığı şeiri oxuyur - Video