Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir
Tarix: 02-02-2016 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir

Tədbirdə rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Fərid Fərzəliyev, Bərdə rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarından,idarə,müəssisə və təşkilatlarından, KİV-lərdən nümayəndələr və fəal gənclər iştirak etmişdir

Tədbirdən öncə rayonun fəal gənclərinin bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarına Cənclər və İdman idarəsinin 2015-ci il ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq gəncləri bayram münasibəti ilə təbrik edərək idarənin fəaliyyəti barədə geniş və ətraflı məruzə etdi.O,məruzəsində gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər Heydər Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan,bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən,rayonumuzda 42 mindən yuxarı yeniyetmə və gəncin yaşamasından,onlara göstərilən diqqət və qayğıdan ,2015-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.

Bərdə rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov çıxış edərək rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin təbriklərini və ən xoş arzularını gənclərə çatdırdı.Sonra o,ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən vəbu proseslərdə gənclərin rolunun əhəmiyyətindən danışdı.

Bərdə Dövlət İdarəetmə və Texnoloğiya kollecinin I kurs tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına vətənpərvərlik klubunun sədri Ballı İbrahimli,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev,Kyokuşinkaykan-karate üzrə məşqçi, I dan qara kəmər sahibi Pərviz Rəsulov,fəal gənclərdən Adil Məmmədov,Orxan Faxrəddinov çıxış edərək ümummilli lider Heydər Əliyevin daima gənclərə göstərdiyi diqqət və qayğıdan,onun müəllifi olduğu Dövlət Gənclər Siyasətinin bu gün də ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən yeni dövrün tələblərinə uyğun həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən,gənclər və idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışdı.

Çıxışlardan sonra “2 Fevral- Gənclər Günü” münasibətilə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkiatçılığı ilə keçirilən şahmat üzrə yeniyetmələr arasında şəhər bırinciliyinin və rayon məktəblərinin yeniyetmələrdən ibarət komandaları arasında “Breyn-rinq” İntellektual Oyununun rayon çempionatının qalibləri və “Dövlət Gənclər siyasətinin “ həyata keçiriləsində fəallığına görə fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları,Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.Fəxri Fərmanla təltif olunmuş Aşihara Kaykan-karate Federasiyasının Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi,məşqçi,I dan qara kəmər sahibi Baxşeyiş Məmmədov çıxış edərək onların əməyinə verilən qiymətə görə öz minnətdarlığını bildirdi.

Bayram tədbirinə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov yekun vurdu.
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir
2 fevral 2016-cı il tarixdə Bərdədə Heydər Əliyev Mərkəzində Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir



1 3958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___