Dilqəm və Şahbazın saxlanıldığı Şuşa həbsxanasından görüntülər (FOTO)
Tarix: 02-02-2016 | Saat: 17:19
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən Şuşa həbsxanasının görüntüləri yayılıb.
Xəbəraz.az-in məlumatına görə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa zindanının görüntüləri bir erməni blogger tərəfindən çəkilib.
Fotolardan görünür ki, həbsxanada məhbuslar üçün şərait çox acınacaqlı səviyyədədir. Həbsxana 1984-cü ildə təmir olunub. Məhbusların saxlanıldığı kameralarda bütün əşyalar sınıq-sökük vəziyyətdədir. Cəzaçəkmə müəssisəsində 350 məhbus saxlanılır. Azərbaycanlı girovların da bu həbsxanada saxlanıldığı bildirilir.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb. Azərbaycan tərəfinin girovlarımızın təcili şəkildə azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı tələblərə hələ də əhəmiyyət verilmir.
Xəbəri paylaş
1 0668 dəfə oxunub.
Digər xəbərlər

15-04-2021, 18:29
Rusiya XİN-dən ABŞ-a REAKSİYA
1-11-2018, 11:10
Cennifer Lopezdən iddialı fotosessiya
1-10-2020, 11:28
Azərbaycan Türkiyədən bu silahları alır
27-07-2020, 12:43
Jurnalistlərə "işverən" deyən biznesmen oğlu azadlıqda - FOTO
17-01-2016, 13:50
Ölən gənc qızın ruhu xəstəxananı gəzdi - VİDEO
6-03-2017, 16:08
130 gənc bu oyundan sona İNTİHAR ETDİ - ŞOK ARAŞDIRMA
31-03-2016, 22:41
Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı
12-10-2016, 18:01
Körpəni ondan məhrum etməyin: Ana südünün 10 MÜHÜM FAYDASI
11-05-2021, 11:39
"Ermənilər Kəlbəcərdə hər addımbaşı mina basdırıb" - Ombudsman