Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Donuz qripi"ndən sonra yeni bəla - XƏBƏRDARLIQ
Tarix: 01-02-2016 | Saat: 17:39
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

"Donuz qripi"ndən sonra yeni bəla - XƏBƏRDARLIQ


Qüsurlu doğumlara səbəb olan Zika virusu Latın Amerikası və ABŞ-dan sonra Avropaya da keçib.

Danimarkada artıq bir xəstədə virus aşkarlanıb. Həmin şəxsin isə virusun aşkarlandığı Cənubi və Şimali Amerikaya səyahət etdiyi məlum olub. Bundan başqa, İngiltərədə 3 nəfər, İsveçrədə isə 2 nəfərdə virus aşkar edilib.

Zika virusu nədir

Ağcaqanadlar yolu ilə keçən Zika virusu yeni doğulan uşaqlarda beyin zədələnməsinə səbəb olur. Beləliklə, virus ağcaqanad vasitəsilə xəstə insandan sağlam insana keçir.

İlkin əlamətləri

Qrip şəklində özünü biruzə verən xəstəlik halsızlıq, qusma, qızdırma, dəridə, gözdə qızartıya səbəb olur.
Hamilə qadınlar Zika virusuna yoluxduğu təqdirdə şikəst uşaqların doğulmasına yol aça bilər. Uşaqlarda beyin deformasiyasına səbəb olan virus Braziliyada 4 min uşağın anormal başla doğulmasına gətirib çıxarıb. Mikrosefaliya, yəni baş çevrəsinin anormal kiçikliyi isə müayinə ilə düzəlmir.

Virusun müalicəsi

Zika virusunu araşdıran amerikalı alimlər ona qarşı peyvəndin ancaq 10 il sonra tapılacağını bildiriblər.

Dünya Səhiyyə Təşkilatının regional bölməsi olan Pan Amerika Səhiyyə Təşkilatı xəstəliyin 22 ölkədə, xüsusən də Cənubi Amerikada yayıldığını bəyan edib.

Hamilə qalmamaq xəbərdarlığı!

Cənubi Amerika ölkələri ağcaqanadlardan keçən və qüsurlu doğumlara səbəb olan Zika ilə mübarizə üçün vətəndaşlara hamilə qalmamağı tövsiyə edib.

ABŞ prezidenti Barak Obama virusun yayılması ilə əlaqədar Amerika xalqının sağlamlığını təmin etmək üçün təcili toplantı keçirib.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
22-03-2017, 17:55 Mələklər-Mayamidə

bütün xəbərlər
____ Instagram ___