TMH: “Bağışla” Funda Ararın yox, Miri Yusifindir – FOTO + VİDEO
Tarix: 01-02-2016 | Saat: 16:53
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər
Müğənni açıqlama verdi.
Xəbər verdiyimiz kimi ötən ilin avqust ayında türkiyəli müğənni Funda Arar azərbaycanlı ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını ifa etmiş və ona klip çəkdirmişdi.
F.Arar bəstəni səsləndirərkən M.Yusifdən icazə almamış, hətta ekran işində müəllifin adı da qeyd olunmamışdı.
Xəbəraz.az xəbər verir ki, M.Yusifin “Ağ Qarğa” albomunda yer alan bəstənin sözləri və musiqisi ifaçının özünə məxsusdur. Miri Yusif sözügedən mahnını 2014-cü ildə oxuyub.
Həmyerlimiz onun mahnısını oğurladığı üçün Funda Ararı məhkəməyə verəcəyini söyləmişdi.
Miri Yusifin prodüseri Emin Əfəndinin bu gün verdiyi məlumata görə, onların müraciəti əsasında Türkiyə Müəllif Hüquqları həmyerlimizin haqlı olduğunu təsdiq edib.
“Türk müğənnisi Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” adlı mahnı Miri Yusifin 2009-cu ildə yazdığı və 2014-ci ildə “Ağ Qarğa” albomunda yer alan “Bağışla” mahnısının tam təkrarıdır”.
Qeyd edək ki, ötən il sözügedən mahnı ətrafında söz-söhbət təkcə bununla bitməmişdi. Türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban mahnının müəllifinin MC Murad (Murad Quliyev) olduğunu bildirmiş, mahnını səsləndirmək üçün MC Murad, Azərbaycan və Türkiyə Müəllif Hüquqlarından icazə alındığını söyləmişdi.
Miri Yusif isə məsələyə münasibət bildirərək “ortada dələduzluq faktı var, Murad bəy Azərbaycanda məhkəməyə veriləcək. Məhkəmədə bütün sübutları ortaya qoyacağıq” deyə MC Muradı mahnı oğurluğunda ittiham etmişdi.
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

1-08-2015, 15:11
Zakir Həsənov Sergey Şoyqu görüşüb
10-08-2017, 10:59
Lütfi Zadənin səhhəti haqda - Son açıqlama
20-08-2015, 15:01
Ucarda vəhhabi falçı xalasını bıçaqladı
16-01-2019, 17:25
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
19-03-2015, 15:04
Əmək haqqı artırıldı
17-02-2017, 17:13
Bakı səmasında görünən UNO - İDDİA - VİDEO
31-01-2016, 01:26
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
28-04-2016, 13:45
Azərbaycanın işğalından 96 il keçir
17-01-2017, 23:02
Sağlamlığa güc verən qidaların siyahısı
30-04-2018, 16:20
Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur