Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölümündən 17 il ötdü FOTO VIDEO
Tarix: 01-02-2016 | Saat: 16:39
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər

Ölümündən 17 il ötdü  FOTO VIDEO

Xəbəraz.az xəbər verir ki, bu gün türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Mançonun ölümündən 17 il ötür. Barış Manço 1999-cu il fevralın 1-də infarkt keçirib və dünyasını dəyişib.

Barış Manço Türkiyədə rok musiqisinin qabaqcıllarından, Anadolu Rock növünün qurucularından sayılır.

Musiqiyə başlanğıcı Qalatasaray Liseyində olub. Yüksək təhsilini Belçika Kral Akademiyasında tamamlayıb. Bəstələdiyi 200-dən çox mahnısı , özünə 12 qızıl və bir platin albom və kaset mükafatı qazandırıb. Bu mahnıların bir hissəsi daha sonra ərəbcə, Bolqar, Flemenkçe, Alman, Fransız, İvrit, İngilis, Yapon və Yunan olaraq şərh olunub. Barış Manço, bir çox mahnılarını gündəlik həyatından götürüb. "Domates, Biber, Patlıcan", buna bir nümunədir.

Barış Mançonun ürəyində ilk problem 1983-cü ildə yaranmışdı. O, 1999-cu il yanvarın 31-də gecə saat 23:30-da İstanbulun Moda səmtindəki evində infarkt keçirir və xəstəxanaya aparılır. Ancaq həmin gecə aparıldığı Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında gecə saat 01:30-da vəfat etdi. 1991-ci ildə dövlət sənətçisi ünvanı alan sənətkarın cənazəsi üçün dövlət mərasim təşkil etdi. Bu mərasimi Türkiyənin bir çox kanalı canlı yayımladı. 3 fevral 1999-cu ildə Türkiyə və Qalatasaray bayraqlarına sarılı tabutu Atatürk Mədəniyyət Mərkəzinə gətirilərək vida mərasimi keçirildi. Sonra isə Ləvənt Məscidində cənazə namazı qılındı, Kanlıcadakı Mihrimah Sultan qəbristanlığında torpağa tapşırıldı. Məzarına "Gesi Bağları" mahnısına görə Kayserinin Gesi diyarından gətirilən torpaq da qoyuldu. Barış Mançonun ölümü ilə əlaqədar prezident Süleyman Dəmirəl başda olmaqla bir çox siyasətçilər də başsağlığı verdilər.

Barış Manço 1991-ci ildə xalq sənətçisi adına layiq görülüb. Ölümündən sonra sənətkarın 18 il ailəsilə birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.
Ölümündən 17 il ötdü  FOTO VIDEO
Ölümündən 17 il ötdü  FOTO VIDEO


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___