Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşad Sadıxov: Karyeramda ən yaxşı oyun Türkiyə ilə olan oyundur
Tarix: 13-03-2015 | Saat: 11:20
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Rəşad Sadıxov: Karyeramda ən yaxşı oyun Türkiyə ilə olan oyundur
“Mən güc tətbiq etməyin tərəfdarı deyiləm”.

Uşaqlıqda mən “Mançester Yunayted” komandasının azarkeşi idim, indi isə böyük məmnuniyyətlə “Barsa” üçün bir neçə matçda oynayardım.

Azərbaycanın futbol üzrə yığmasının və Ağdamın “Qarabağ”ının kapitanı Rəşad Sadıxov AFFA-nın Facebook səhifəsində “Sualla zərbə” rubrikasında azarkeşlərin suallarına cavab verib.

Xeber.az futbolçunun ən maraqlı cavablarını sizə təqdim edir.

“Mən elə bilirdim ki, hesabımda 96 matç var, amma mənə bildirdilər ki, mən 94 oyun oynamışam. İndi əsas məsələ zədə almamaq və oyun sayını 100-ə çatdırmaqdır. Sonrasına baxarıq. Mən yığmaya lazım olduğum qədər onun üçün oynamağa hazıram. Amma yığmanın səviyyəsinə uyğun olmadığımı hiss etsəm, karyeramı millidə başa çatdıracam.

Karyeramda ən böyük səhvim “Kayserispor”dan vaxtından əvvəl getməyimdir. Yetərincə səbir göstərmədim və Türkiyəni tərk etdim, baxmayaraq ki, komandada mənə inanırdılar. Mənim bu hərəkətimin səbəbi var idi, indi isə bu hərəkətimi karyeramda ən böyük səhvim hesab edirəm.

Mən və mənim yığmada olan yoldaşlarım, matçlara bizim rəqiblərimizn formasında gələn azərbaycanlı azarkeşlərə neqativ yanaşırıq. İlk dəfə belə şeylə 2002-ci ildə Bakıya İtaliya yığması gələrkən qarşılaşdım. O zaman fanatlar sadəcə şəkil çəkdirmək və ya imza almaqla qalmırdılar, italyan oyunçulara məhəbbətlərini göstərirdilər. Düşünürəm ki, bu insanların problemi var.

“Terminator” ləqəbini “Kocaeli”də oynayarkən almışam. Orada başımdan zədə almışdım, dodağım partlamışdı... Mən zədə ilə oynamağa davam etmişdim, ona görə də məni “Terminator” adlandırdılar (gülümsəyir). Bizim yığmamızda elə oyunçular var ki, bu ad məndən çox onlara uyğun gəlir.

Uşaqlıqda “Mançester Yunayted”ə azarkeşlik edirdim. Erik Kantone, Devid Bekxem, Kriştiano Ronalduya simpatiyam var idi... Amma illərlə daha çox gözəl oyuna azarkeşlik etməyə başladım. Əgər seçmək imkanım olsaydı, böyük ustadlarla yan-yana “Barselona” üçün məmnuniyyətlə bir neçə matçda oynayardım.

Mövqeyimdən danışmaq lazım gələrsə, mənim üçün ideal mərkəzi müdafiəçisi Fabio Kannavarodur. Mən ondan nümunə götürmüşəm.

Ən yadda qalan oyun mənim üçün Türkiyə ilə keçirilən seçmə oyun idi. O zaman mən “Eskişehirspor”da oynayırdım, amma əsas tərkibdə yer almırdım, əsasən skamyada otururdum. Türkiyə ilə matç mənim üçün prinsipial idi, elə alındı ki, biz seçmə startında bütün məğlubiyyətlərdən sonra qalib gəldik, yeganə qolu isə mən vurdum. Bu mənim karyeramda ən yaxşı oyundur.

Berti Foqts istefa verdikdən sonra mən çox istəyirdim ki, yığmanın məşqçisi gənc və ambisiyalı, topla oyuna üstünlük verən mütəxəssis olsun. Roberto Prosineçkidə bütün bu keyfiyyətlər var, və mən ümid edirəm ki, biz onun rəhbərliyi altında uğur qazanacağıq.

Mən çex hakimi Miroslav Zelinkoya nə edərdim? Yox, onu vurmazdım. Mən güc tətbiq etməyin tərəfdarı deyiləm. Amma bir-iki sual verərdim. Məsələn, nəyə görə qoldan həmən sonra 3-4 saniyəlik paiza götürdü? O ya həmən mərkəzi göstərməli, ya da Laynsmen tərəfə baxmalı idi. Baxmayaraq ki, o epizoda yaxın idi və özü qərar qəbul edə bilərdi. Mən ondan bu pauzanı niyə götürdüyünü soruşardım”.


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___