Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağlanan bankların əmanətçilərinə 70 milyon manat veriləcək
Tarix: 27-01-2016 | Saat: 19:44
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Bağlanan bankların əmanətçilərinə 70 milyon manat veriləcək
Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan 6 bankın əmanətçilərinə veriləcək kompensasiyanın ümumi həcmi 70 milyon manat təşkil edir. Xəbəraz.az-ın məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, kompensasiyaların ödənişi "Muğanbank", "Rabitəbank" və "Unibank" bank-agentləri vasitəsilə həyata keçiriləcək: "Bank of Azerbaijan"da əhalinin əmanətləri üzrə kompensasiyaların həcmi təqribən 24 milyon manat təşkil edəcək. Daha dəqiq rəqəm hesablamalar başa çatdıqdan sonra məlum olacaq. Bankın müştəriləri kompensasiyaları "Muğanbank" vasitəsilə, bankın Naxçıvandakı əmanətçiləri isə "Rabitəbank" vasitəsilə ala biləcəklər".
A.Cavadov bildirib ki, qaydalara əsasən, kompensasiyaların ödənişi bank müflis elan edildikdən 7 gün sonra başlayacaq: "Bank of Azerbaijan"da əmanətlər üzrə kompensasiyaların ödənişi birigün başlayacaq. Növbəti bank "Gəncəbank" olacaq və s."
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanda 6 bankın lisenziyası ləğv edilib: "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Gəncəbank", "Bank of Azerbaijan", "United Credit Bank" və "NBCBank".
Mənbə: Trend



3208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___