Generalın qardaşı həbs olunan idmançıdan danışdı
Tarix: 27-01-2016 | Saat: 12:31
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
“Onun bu cür addım atmasına inanmırıq”.
Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur.
Xəbəraz.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.
Lakin deputat İ.Əzizovun onların qohumu olduğunu təsdiqləyib: "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik".
Qeyd edək ki, mətbuatda İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki dava salan şəxslər saxlanılıb:
"Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb.
Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

16-02-2023, 10:30
Dağıntılar altında qalan 13 yaşlı qız: “Çıxmağıma mane olursa, ayağımı kəsin!” - FOTO
16-07-2017, 10:59
Kimlər gəldi, kimlər getdi bu dünyadan…
22-11-2015, 15:27
Fikrət Məmmədov vətəndaşlarla görüşəcək
29-05-2016, 15:05
PKK Türkiyə “Kipri”sini partlatdı – Video
11-02-2022, 11:45
“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”
11-12-2015, 14:45
Yanan “Günəşli”də desant əməliyyatı
28-04-2016, 13:16
Neft Fondu 42,4 milyon dollar satdı
17-03-2015, 21:20
Bir Kişini nə qıcıqlandıra bilər xanımlar üçün
8-05-2022, 12:08
Ağstafada qatar gənc oğlanı vuraraq öldürdü