Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göygöldə ər arvadını avtomobillə vurdu
Tarix: 26-01-2016 | Saat: 22:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Göygöldə ər arvadını avtomobillə vurdu
Ailə münaqişəsi zəmnində.

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Xəbəraz.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Kəlbəcərdən olan məcburi köçkün Tağı Tağıyev idarə etdiyi “VAZ 21010” markalı avtomobillə həyat yoldaşı 1989-cu il təvəllüdlü Kəlbəcər rayon sakini, Nurxanım Tağıyevanı vurub.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra qadın ambulator müalicəyə buraxılıb.

Məlumata görə, N. Tağıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edib və atasıgilə gedərkən ərinin idarə etdiyi avtomobillə vurulub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.



4858 dəfə oxunub.

Digər xəbərlər
02-07-2022
bütün xəbərlər
____ Instagram ___