Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“NBCBank”ın lisenziyasının ləğvi səhmdarı və kollektivi üçün gözlənilməz olub
Tarix: 26-01-2016 | Saat: 21:39
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

“NBCBank”ın lisenziyasının ləğvi səhmdarı və kollektivi üçün gözlənilməz olub
“NBC Bank” ASC-nin bank lisenziyasının ləğv edilməsi Bankın səhmdarı və kollektivi üçün gözlənilməz olub.

Bu barədə "NBC Bank"dan, Bankın iri müştərilərindən birinə bildirilib. Həmin müştərinin “Marja”ya verdiyi məlumata görə, bildirilib ki, “NBC Bank”ın lisenziyasının ləğvi ilə bağlı məlumat onlar üçün gözlənilməz olub.

"Banka Mərkəzi Bankdan heç bir sənəd daxil olmayıb və onlar da hər kəs kimi məlumatı mətbuatdan eşidiblər. Bank rəhbərliyi hərəkətə keçib".

Qeyd edək ki, 30 Noyabr 2015-ci il tarixinə “NBC Bank”ın nizamnamə kapitalı 46 milyon 536 min manat, cəmi kapitalı 51 milyon 939 min manat təşkil etdmişdi. Mərkəzi Bankın cəmi kapital tələbi 50 milyon manatdır. Mərkəzi Bank, devalvasiyadan sonra banklar üçün tələbləri yumuşaldacağını bildirmişdi.

Qeyd edək ki, “NBC Bank”ın da müştəriləri çaşqınlıq içindədirlər. Ölkədə “NBC Bank”dan da zəif vəziyyətdə olan banklar olduğu halda, “NBC Bank”ın lisenziyasının ləğv edilməsi onları təəccübləndirib.

"NBC Bank" 151 milyon 843 min manat cəmi aktivlərə, 99 milyon 904 min manat öhdəliklərə malik olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilmişdir.

Əlavə edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik", demişdi.

BANKIN TARİXİ

17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.

17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.

2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

“NBCBank” - ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən Mərkəz, 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik, Əhmədli və regionlarda fəaliyyət göstərən Sumqayıt,Gəncə, Şəki və Lənkəran filialları olmaqla 11 filial və 1 saylı, 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.

“NBCBank” ASC-nin təsisçi şirkəti “Nurgün Qrup” MMM-dir.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___