Bakıda univermaq çökdü, xəsarət alanlar var
Tarix: 26-01-2016 | Saat: 17:00
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Binanın damı ağırlığa tab gətirməyərək 150 kvadratmetr ərazidə çöküb.
Bakıda univermaq çöküb. Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazində yerləşən köhnə univermaqda təmir tikinti işləri aparılarkən binanın damı ağırlığa tab gətirməyərək 150 kvadratmetr ərazidə çöküb.
Hadisə nəticəsində 2 nəfər fəhlə dağıntılar altında qalaraq bədən xəsarətləri alıb. Onlar FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriliblər.
Damın çökməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
3 saylı Şəhər Klinik Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, xəsarət alanlar 1978-ci il təvəllüdlü Elşad Eyvaz oğlu Abdullayev və 1981-ci il təvəllüdlü Bəhruz Hacıəli oğlu Məmmədovdur. Hər iki yaralının vəziyyətinin o qədər də ağır olmadığını bildirdilər.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

11-09-2016, 11:59
İnsan öz yaxşı əməlləri ilə əcəlini yubada bilərmi?
6-02-2018, 11:09
Yeni doğulmuş körpə yanaraq öldü-Beyləqanda FACİƏ
23-08-2021, 11:07
"Bəlkə peyvənddən sonra hamımız zombiləşdik?" - Səidə Sultan
9-09-2016, 22:47
Azərbaycanlı müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTO
11-02-2018, 16:18
Bakı təcridxanasından Hindistan baş nazirinə VİDEOMÜRACİƏT
4-06-2016, 17:16
Rallidə yoldan çıxan maşın kütləyə girdi - 17 yaralı
7-01-2021, 15:31
"Müharibənin başlamasını bilirdik, artilleriya səsləri yaxınlaşırdı" - Dilqəm Əsgərov
30-08-2021, 12:15
İntihar edən Qarabağ Qazisi ilə bağlı AÇIQLAMA - "“Azərsığorta”da 25 ildir ala bilmədiyi 6600 manat pulu olub"